Modern.az

Hüseynbala Mirələmovun da dairəsinin nəticələri LƏĞV OLUNDU

Hüseynbala Mirələmovun da dairəsinin nəticələri LƏĞV OLUNDU

Aktual

13 Fevral 2020, 17:27

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 33 saylı Xətai  birinci Seçki dairəsindən namizəd Fuad Abbasovun şikayətinə baxılıb.

 

Modern.az xəbər verir ki, MSK-ya müraciət edən namizəd Fuad Abbasov həmin dairədə bir neçə məntəqədə pozuntuların baş verdiyini iddia edərək, seçki nəticələrinin ləğvini tələb edib.

 

MSK-nın ekspert qrupu Fuad Abbasovun müraciətinin təmin olunmasını qərara alıb.

 

Qeyd edək ki, bu dairədən qalib Hüseynbala Mirələmov idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir