Modern.az

Ombudsman işgəncə verilən azərbaycanlı məhbusla bağlı rusiyalı həmkarına müraciət etdi - EKSKLÜZİV

Ombudsman işgəncə verilən azərbaycanlı məhbusla bağlı rusiyalı həmkarına müraciət etdi - EKSKLÜZİV

14 Fevral 2020, 11:30

Rusiyada həbsdə olan Azərbaycan vətəndaşı İqrar Məmədovun işgənclərə məruz qalması ilə bağlı Modern.az-da dərc olunan  yazıya ( //modern.az/az/news/227218 ) Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva reaksiya verib.

 

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından Modern.az-a bildirilib ki, məsələ ilə bağlı Səbinə Əliyeva Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya müraciət edib.

 

“Rusiya Federasiyası Voloqda vilayətindəki 12 saylı koloniyada (pentensiar müəssisədə) cəza çəkən Məmmədov İqrar Məmməd oğlu barədə yayımlanmış məqalədə əks olunan məlumatlara Ombudsman Səbinə Əliyeva tərəfindən dərhal reaksiya verilib, müvafiq araşdırmanın aparılması və təcili tədiblərin görülməsi ilə bağlı artıq Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya müraciət edilib”-deyə Ombudsman Aparatından məlumat verilib.

 

Xatırladaq ki, Modern.az-ın “Azərbaycan vətəndaşına Rusiya həbsxanasında dəhşətli İŞGƏNCƏLƏR VERİLİR: 3 ildir hamama buraxılmır, yeməyi yerə atılır” məqaləsində Azərbaycan vətəndaşı İqrar Məmmədovun Rusiyanın Voloqda vilayətindəki 12 saylı cəzaçəkmə müəssisində sistematik işgəncələrə məruz qalması barədə məlumatlar verilmişdi.

 

Məqalənin linki:  //modern.az/az/news/227218

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir