Arxiv
14 Fevral 2020, 12:20 | PARLAMENT
Parlament seçkilərinin yəhudi əsilli qalibi: “Xocalı soyqırımını tanıtmaq platformamda qırmızı xətlə gedir”

Fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə görə 53 saylı Quba-Qusar seçki dairəsindən lider namizəd olan Anatoliy Rafailov ilk açıqlamasını Modern.az-a verib.

 

O, sayımıza bildirib ki, yeni deputat olaraq parlamentdə bütün azərbaycanlıları, o cümlədən Quba-Qusar seçicilərini təmsil edəcək:

 

“Təşviqat müddətində 60-a yaxın görüş keçirdik. 53 saylı Quba-Qusar seçki dairəsinə daxil olan bütün məntəqələrdə əhali ilə bir araya gəldik. Görüşlərdə ən azı 50-60, ən çoxu isə 350 nəfər insan iştirak edib”.

 

Anatoliy Rafailov seçki platformasının çox zəngin və geniş olduğunu deyib:

 

“Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq ideologiyasının daha da möhkəmləndirilməsindən tutmuş ən kiçik sosial problemlərə qədər həll etməyə çalışacam. Deputat olaraq fəaliyyətə başlayan kimi ilk işim Quba və Qusar rayonlarının bizim dairəni əhatə edən bütün kəndlərində yenidən görüşlər keçirəcəyik”.

 

Parlamentdə təmsil olunacaq yəhudi deputat ailəsi barədə danışarkən dövlətçiliyə sadiq olduqlarını da vurğulayıb:

 

“Hazırda “Sağlam ailə” diaqnostika mərkəzində beynəlxalq məsələlər üzrə ekspertəm. İxtisasca travmatoloq-cərraham. Həyat yoldaşım da azərbaycanlıdır. O da Azərbaycan Respublikasının əməkdar həkimidir. Oğlum da həkim uroloqdur. Ailə olaraq hər zaman dövlətə, dövlətçiliyə sadiq insanlarıq”.

 

Anatoliy Rafailov Dağlıq Qarabağ məsələsinin dünya ictimaiyyətinə çatdırılması məsələsindən də söz açıb:

 

“Platformamda Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı konkret məsələlər var. Təbii ki, cənab Prezidentin apardığı siyasət sülh siyasətidir. Biz də onu dəstəkləyirik. Həmin məsələ eynilə platformamda da yer alıb. O sahədə də Azərbaycanın beynəlxalq əlaqələrdə daha da möhkəmləndirilməsinə çalışacam. Bilirsiz ki, dünyada ən güclü lobbi yəhudi lobbisidir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əlimdən gələni edəcəm. Bir neçə gündən sonra Xocalı faciəsinin ildönümü olacaq. Xocalı faciəsinin soyqırım kimi tanıdılmasını bizim bəzi müsəlman ölkələri qəbul etməyiblər. Ancaq Xocalı faciəsinin bir soyqırım kimi tanıdılması üçün dünyanın bir çox inkişaf etmiş ölkələrində yəhudi lobbisi Azərbaycanla bir yerdə çalışıb. Ona görə də bu məsələ platformamda xüsusi qırmızı xətlə gedir. Əlaqələr daha da genişləndirilməlidir və təbii ki genişləndiriləcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İrandan gələn avtobuslar hər gün dezinfeksiya olunur - Nuridə Allahyarova 24 Fevral 2020, 09:46 “Qarabağ məktəbi”nin müəllimi: “Son 3-4 ildə Polşaya gələn azərbaycanlıların sayında inanılmaz artım var” 24 Fevral 2020, 09:40 “Gərək dünyada bütün azərbaycanlıları öldürəsən ki, Şuşa işğalda qala” - MÜSAHİBƏ 24 Fevral 2020, 09:34 Bakı-Quba-Rusiya yolunun tikintisi nə vaxt başa çatacaq? 24 Fevral 2020, 09:23 Paytaxtda “Mersedes” qəza törətdi 24 Fevral 2020, 09:14 Bakı-Sumqayıt yolunda hərəkət dayanıb - FOTO 24 Fevral 2020, 08:59 Xərçəng hüceyrələrini öldürən ən təsirli QİDA 24 Fevral 2020, 08:53 İran koronavirusla mübarizəyə ordunu da cəlb edir 24 Fevral 2020, 08:42 Türkiyədə daha bir güclü zəlzələ 24 Fevral 2020, 08:22 Çində koronavirusdan ölənlərin sayı 2592 nəfərə çatıb 24 Fevral 2020, 08:14 “Yeraltı təkanlar davam edəcək” - Respublika Seysmoloji Xidmət Mərkəzi 24 Fevral 2020, 00:47 Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769-a çatdı 24 Fevral 2020, 00:32 Hacıqabulda mikroavtobus piyadanı vurub öldürdü 24 Fevral 2020, 00:16 Prezidentin komandası seçkilərdə  məğlub oldu 23 Fevral 2020, 23:57 "Fənərbağça"nın baş məşqçisi istefa verdi 23 Fevral 2020, 23:40 Azərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİ 23 Fevral 2020, 23:23 ABŞ Qara dənizdə Rusiya ilə qarşılaşdı 23 Fevral 2020, 23:04 İtaliyada koronavirusdan daha bir nəfər ölüb 23 Fevral 2020, 22:43 "Qalatasaray" 21 illik tilsimi qırdı 23 Fevral 2020, 22:21 Azərbaycan millisi Böyük Dəbilqəni 4 medalla başa vurdu 23 Fevral 2020, 22:06 Daha bir ölkə İranla sərhədi bağladı - SƏBƏB 23 Fevral 2020, 21:52 Zəlzələdə əri və 3 övladını itirən ananın fəryadı - VİDEO 23 Fevral 2020, 21:41 “Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq” – Erməni politoloq 23 Fevral 2020, 21:17 "Qarabağ"dan daha bir qələbə 23 Fevral 2020, 21:09 İranda daha bir güclü zәlzәlә oldu 23 Fevral 2020, 20:56 “İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Azər Kərimli 23 Fevral 2020, 20:33 XİN-dən Türkiyəyə başsağlığı 23 Fevral 2020, 20:22 MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi 23 Fevral 2020, 20:10 Daha bir seçki məntəqəsində nəticələr ləğv edildi 23 Fevral 2020, 20:07 67 saylı dairədə 2 məntəqədə seçkilər ləğv olundu 23 Fevral 2020, 19:33 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi 23 Fevral 2020, 19:01 MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ 23 Fevral 2020, 18:41 Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ 23 Fevral 2020, 18:23 Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi 23 Fevral 2020, 18:13 Bu dairənin 11 məntəqəsində seçkilərin nəticəsi LƏĞV OLUNDU 23 Fevral 2020, 17:52