Arxiv
14 Fevral 2020, 16:38 | AKTUAL
Zakir Qaralov prokurorları Bakıya topladı

Fevralın 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda geniş kollegiya iclası keçirilib.

 

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, kollegiya iclası Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə həyata keçirilib.

 

Prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan kollegiya iclasında Baş prokuror Zakir Qaralov hesabat məruzəsi ilə çıxış edib.

 

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2019-cu ilin müstəsna əhəmiyyəti olub:

 

“Ötən il makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığının təmin edilməsi, investisiyaların yatırılması və iqtisadi artımın bərpa olunması üçün münbit şəraitin yaradılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlər baxımından da əlamətdar olub. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun 3,5 faiz, kənd təsərrüfatının 7 faizdən çox artdığını vurğulayan Baş prokuror bildirmişdir ki, bu Azərbaycanda aparılan uğurlu islahatların, iqtisadiyyatın şaxələndirilməsi və sənayeləşdirilməsi siyasətinin nəticəsində mümkün olub. Xarici ticarət dövriyyəsi 33,6 milyard dollara çatıb, valyuta ehtiyatları 6,4 milyard dollar artaraq rekord həddə - 51 milyard dollar səviyyəsinə çatıb, bu göstəriciyə görə Azərbaycan MDB məkanında birinci pillədə qərarlaşıb.

 

Yola saldığımız ildə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər sırasında ölkəmizin 120 üzv dövləti özündə birləşdirən Qoşulmama Hərəkatının XVIII Sammitinin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün Bakıda keçirilməklə bu beynəlxalq qurumlara sədrliyin Azərbaycana həvalə edilməsi, ən mötəbər tədbirlərə - humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi, biznes sahəsində dünyada ən vacib və etibarlı reytinq göstəricisi sayılan Dünya Bankının “Doing Business - 2020” hesabatında 20 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunması, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə ölkəmizin 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə 5-ci yerdə qərarlaşması və s. uğurlar xüsusi vurğulanıb”.

 

Baş Prokuror bildirib ki, əldə edilmiş bu uğurların məntiqi nəticəsində 2020-ci ilin yanvar ayının 21-də Dövlət Başçısı cənab İlham Əliyevin iştirak etdiyi dünyada bir nömrəli və nüfuzlu beynəlxalq təşkilat Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində həmin Forumun prezidenti ilə görüşdə Dördüncü Sənaye İnqilabı üzrə Bakı regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanmış və ölkəmiz Cənubi Qafqazda, eləcə də Orta Asiya regionunda mərkəz kimi seçilib.

 

Diqqətə çatdırılmışdır ki, ölkəmizdə sosial yönümlü dövlət siyasətinin həyata keçirilməsində, əhalinin rifahının yüksəlməsində, sosial həssas əhali qruplarının problemlərinin aradan qaldırılmasında, dinlərarası və mədəniyyətlərarası münasibətlərin qurulmasında, idmanın və multikultural dəyərlərin, mərhəmətliliyin və humanistliyin təbliğində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri xüsusi əhəmiyyətə malikdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
87 məntəqə seçki komissiyası buraxılıb 25 Fevral 2020, 20:01 Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb 25 Fevral 2020, 19:40 Qalmaqallı dairədə daha 2 məntəqənin nəticələri etibarsız sayıldı 25 Fevral 2020, 19:32 İlham Əliyev Ərdoğanın şərəfinə şam yeməyi verdi - FOTO 25 Fevral 2020, 19:23 Erkin Qədirlinin şikayəti təmin olunmadı 25 Fevral 2020, 19:20 MSK daha 10 məntəqədə seçkilərin nəticələrini ləğv edib 25 Fevral 2020, 19:14 Tərtərdə 30 yaşlı kişi dəm qazından zəhərləndi 25 Fevral 2020, 19:10 İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının VİDEOÇARXI 25 Fevral 2020, 19:03 Siyasilərin koronavirus məsləhəti: Digər xəstəliklər koronavirusdan çox adam öldürür - QORXMAYIN 25 Fevral 2020, 18:57 Cənubi Koreyada Xocalı üçün milli petisiyası yaradıldı 25 Fevral 2020, 18:42 İrandan Azərbaycana qayıdan 23 nəfər xəstəxanaya yerləşdirilib 25 Fevral 2020, 18:36 Azərbaycan və Türkiyə prezidentləri birgə mətbuat önünə çıxdı - FOTOLAR 25 Fevral 2020, 18:26 Azərbaycan-Türkiyə sənədləri imzalanıb 25 Fevral 2020, 18:16 MSK 24 saat müddətində sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək 25 Fevral 2020, 18:14 Goranboyda 70 yeni iş yeri açılacaq 25 Fevral 2020, 18:11 Güclü külək Bərdə və Tərtərdə fəsadlar törədib 25 Fevral 2020, 18:08 MSK-dan Fatma Yıldırımın dairəsi ilə bağlı QƏRAR 25 Fevral 2020, 18:04 Ağdamda mənzildən 28 min dollar oğurlayan şəxs saxlanıldı 25 Fevral 2020, 18:03 Musa Quliyevin dairəsində iki məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 18:02 Mehriban Əliyeva məşhur musiqiçinin müalicəsi ilə bağlı tapşırıq verdi  25 Fevral 2020, 17:59 Gəncədə küləyin sürəti 35 metrə çatıb 25 Fevral 2020, 17:54 Spirt və maska koronavirusun qarşısını alır? - Baş infeksionistdən AÇIQLAMA 25 Fevral 2020, 17:54 Nazirlik ağac kəsən şirkəti rekord məbləğdə CƏRİMƏLƏDİ 25 Fevral 2020, 17:42 Xocalıya həsr edilmiş mahnılar: Faiq Sücəddinov qarışdırdı, Xanım İsmayılqızı “yoxdur” dedi 25 Fevral 2020, 17:37 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 25 Fevral 2020, 17:33 Elşən Musayevin dairəsində də məntəqələrin nəticəsi ləğv edildi 25 Fevral 2020, 17:32 İlk Novruz hədiyyəniz Azercell-dən olsun! 25 Fevral 2020, 17:29 Tamam Cəfərovanın seçki dairəsi ilə bağlı qərar VERİLDİ 25 Fevral 2020, 17:27 MSK bu dairədə 9 məntəqənin nəticəsini etibarsız SAYDI 25 Fevral 2020, 17:21 İsa Qənbərin oğlunun şikayəti təmin olunmadı 25 Fevral 2020, 17:18 Qalib Salahzadənin oğlunun dairəsində məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 17:06 MSK Rüfət Quliyevin dairəsindən şikayətə baxdı 25 Fevral 2020, 17:00 Dillər Universitetində Xocalı soyqırımının qurbanları anılıb 25 Fevral 2020, 17:00 Sarkisyan məhkəmə qarşısına çıxır – FOTO 25 Fevral 2020, 16:56 Naftalan sakinlərinə daşınmaz əmlakın icbari siğorta şəhadətnamələri verildi 25 Fevral 2020, 16:54