Modern.az

Robotlar xərçəng müalicəsində inqilab edəcəklər

Robotlar xərçəng müalicəsində inqilab edəcəklər

16 Fevral 2020, 00:16

Rusiyanın Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin əməkdaşları dezoksiribonuklein turşusunun fraqmentlərindən xərçəngin diaqnostikası və müalicəsi üçün istifadə ediləcək nanorobot yaradıblar.

Modern.az  xəbər verir ki, alimlər qüsurlu hüceyrələrin nəzarətsiz çoxalmasının şişlərin inkişafına səbəb olduğunu, paralel olaraq, xərçəng hüceyrəsində genomda dəyişikliklər baş verdiyini xatırladaraq bildiriblər ki, xəstəliklə bağlı olan zülalların hazırlanması prosesi dayandırılarsa, xərçəng hüceyrələri ölməyə başlayacaq, yeni hüceyrələr əmələ gələ bilməyəcək. Rusiya alimlərinin nanorobotu ribonuklein turşusu (RNT) əlaqələrinin parçalanması üçün fermentlərdən istifadə edir. O, iki hissədən ibarətdir: birinci patogen RNT-ni kəsir, ikinci isə zədələnmiş hüceyrələri aşkarlamağa kömək edir.



Nanorobot zədələnmiş RNT-ni qeydə aldıqda kimyəvi reaksiya baş verir və hüceyrə işıqlanmağa başlayır. Bu texnologiyanın əsas üstünlüyü yüksək vəsait tələb etməməsidir. Bildirilir ki, laboratoriya şəraitində nanorobotun yaradılmasının maya dəyəri təxminən 24 ABŞ dolları təşkil edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir