Modern.az

Turist təyyarəsi qəzaya uğradı

Turist təyyarəsi qəzaya uğradı

16 Fevral 2020, 22:51

Fransanın cənubundakı Aveyron bölgəsində kiçik turist təyyarəsinin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb.

Modern.az-ın  məlumatına görə, bu barədə "France İnfo" radiostansiyası xəbər verib.

 

Məlumata görə,  hadisə barədə yanğın-xilasetmə xidmətinə və polisə yerli fermerlərdən biri xəbər verib.

Anqulemadan uçan turist təyyarəsi Larzak aerodromunun uçuş-enmə zolağından bir neçə kilometr şimalda qəzaya uğrayıb.

Pilot və üç sərnişin hadisə zamanı yerindəcə həlak olublar. Ölənlərin şəxsiyyətləri hazırda müəyyənləşdirilir.

Prokurorluq qəza ilə əlaqədar istintaqa başlayıb. Hüquq-mühafizə orqanları bölgədə bazar günü müşahidə olunan güclü küləyin əsməsini təyyarənin qəzasına səbəb ola biləcəyini istisna etmirlər.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu