Modern.az

BDU-ya yeni mətbuat katibi təyin edildi - FOTO

BDU-ya yeni mətbuat katibi təyin edildi - FOTO

17 Fevral 2020, 10:58

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub.

 

Bu barədə Modern.az-a BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev məlumat verib.

 

Ə.Ağamirzəyev qeyd edib ki, rektor Elçin Babayevin şöbə müdirilə bağlı müvafiq əmri fevralın 14-də verilib:

 

"Günel İsgəndər qızı Orucəliyeva bu gündən etibarən vəzifəsinin icrasına başlayıb". 

 

Qeyd edək ki, bundan əvvəl universitetin Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova olub. O, fevralın 12-də öz ərizəsi ilə vəzifəsindən azad edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü