Modern.az

Sivil qaydalarla balıq ovlayın - İdarə rəisindən ÇAĞIRIŞ

Sivil qaydalarla balıq ovlayın - İdarə rəisindən ÇAĞIRIŞ

Aktual

17 Fevral 2020, 11:23

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə Regional Ekologiya İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə  növbəti reydi Xəzər dənizinin Xaçmaz rayonu İstisu qəsəbəsi və Niyazoba kəndi ətrafında keçirib.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə 5 saylı Regional Ekologiya İdarəsinin rəisi Vaqif Cavadov bildirib.

 

"Reyd zamanı sözügedən ərazi balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib. Faktla bağlı akt tərtib olunub. Qadağan olunmuş sintetik torların kim tərəfindən qurulduğunu müəyyən etmək və qanunamüvafiq tədbirlər görmək məqsədilə Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır" -  deyən V.Cavadov hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür