Modern.az

Lənkəranda bank ofisində tüstülənmə

Lənkəranda bank ofisində tüstülənmə

Aktual

17 Fevral 2020, 20:04

“Beynəlxalq Bank" ASC-nin Lənkəran filialında tüstülənmə baş verib.

Modern.az  APA-ya  istinadən  xəbər verir ki, bu gün saat 17:30-da bankın Şirəli Axundov küçəsi 16 ünvanında yerləşən binasının zirzəmisində tüstülənmə qeydə alınıb.

Hadisə yerinə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə tüstülənmənin qarşısı alınıb, yanğına keçməyib. Hadisə nəticəsində 4 elektrik açarı sıradan çıxıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı