Modern.az

"Sədərək" Ticarət Mərkəzində yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Hadisə

18 Fevral 2020, 09:37

“Hazırda Sədərək Ticarət Mərkəzindəki yanğın məhdudlaşdırılıb”.

 

Bunu Modern.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib.

 

G.Mehdiyevanın sözlərinə görə, səhər saatlarından başlayan yanğının söndürülməsinə nazirliyin Dölət Yanğından Mühafizə xidmətinin və Xisusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub:

 

“Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur”.

 

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

 

****

08:06

 

Bakıda ticarət mərkəzində yanğın baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki “Sədərək” ticarət mərkəzində qeydə alınıb.

 

Ticarət mərkəzinin birinci zonasında cərgənin tavanında başlanan yanğın qısa müddətdə mağazalara keçib. 

 

Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub. 

Yanğının qarşısının alınması istiqamətində işlər görülür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi