Modern.az

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği AÇIQLANDI

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği AÇIQLANDI

18 Fevral 2020, 15:22

2020-ci il yanvar ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15297,2 milyon manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, ümumi kredit portfelinin 12378,8 milyon manatı və ya 80,9 faizi uzunmüddətli kreditlərin payına düşüb:

 

“Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1272,5 milyon manat olmuş və ümumi kredit portfelinin 8,3 faizini təşkil edib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...