Modern.az

Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO

Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO

Aktual

19 Fevral 2020, 18:21

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yerləşən Dəmir Yolu Stansiyasında borunun içərisində əl qumbarasına aid olan 2 ədəd alışdırıcının tapılması barədə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a ANAMA-dan məlumat verilib.

 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Partladıcıların ətrafında 1 000 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır