Arxiv
20 Fevral 2020, 11:53 | MƏDƏNİYYƏT
Bu gün Kiçik çillə çıxır - Gələn həftə Su çərşənbəsi qeyd olunacaq

Bu gün Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü - Kiçik çillə başa çatır. Sabahdan onu Boz ay əvəzləyəcək...

Modern.az saytının məlumatına görə, qış fəsli dekabrın 22-də başlayıb.


Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır. 

Bu təqvimlə dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.


Adətən Böyük çillədən fərqli olaraq Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır. 

Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.

Azərbaycanın bəzi bölgələrində Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı keçirilir, qovurğa qovrulur, hədik və digər yeməklər bişirilir. "Çillə" sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir.

Qeyd edək ki, Azərbaycana bu il yaz fəsli Bakı vaxtı ilə saat 07:49:36-da qədəm qoyacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir, yəni Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarımkürəsinə yaz fəsli daxil olur.


Bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək.


Martın 3-də Od, martın 10-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.

 Xatırladaq ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Azərbaycanda Novruz bayramı qeyd olunacaq. 



A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda 5 bələdiyyə sədri büdcəni TALAN ETDİ 31 mart 2020, 18:19 Rusiyadan Azərbaycana gələn 10 nəfər qızdırma ilə xəstəxanaya yerləşdirilib 31 mart 2020, 18:18 “BakuBus” sürücü axtarır - 800 manat maaş 31 mart 2020, 18:13 Prezident Mikayıl Cabbarovu qəbula çağırdı: “Özü də cəzalandırılacaq, ona himayədarlıq edən də…” - YENİLƏNİB 31 mart 2020, 18:01 Gürcüstanda spirtli içkilərin satışına qadağa qoyulub 31 mart 2020, 17:59 Azərbaycanla Rusiya arasında hava və dəmiryol sərnişindaşıması dayandırıldı - RƏSMİ 31 mart 2020, 17:55 Hava dəyişəcək - XƏBƏRDARLIQ 31 mart 2020, 17:50 Prezident tapşırıq verdi: “Bu həftədən başlayaraq ödəmələri həyata keçirin”  31 mart 2020, 17:45 Dünyanın ən rəqəmsal ölkəsi – Estoniyadan koronvirusla MÜBARİZƏ ÖRNƏYİ 31 mart 2020, 17:39 Azərbaycanda bəzi yerlərdə ov etmək qadağan olunacaq 31 mart 2020, 17:33 Deputatlardan çağırış: “Müharibədir, səfərbər olmalıyıq” 31 mart 2020, 17:26 Azərbaycanda 17 bələdiyyənin vəzifəli şəxslərinə cinayət işi açılıb 31 mart 2020, 17:18 Azərbaycanda virusa yoluxma və ölüm sayı çox aşağı səviyyədədir - İlham Əliyev 31 mart 2020, 17:12 Koronavirusdan sağalan xəstələrdə hansı fəsadlar ola bilər? 31 mart 2020, 17:05 Rüştü Rəcbərin vəziyyəti kritikdi – koronavirusa görə 31 mart 2020, 16:58 Ölkəmizdə koronavirusa doğru pik gediş var - DEPUTATDAN HƏYƏCAN TƏBİLİ 31 mart 2020, 16:52 Metronun fəaliyyəti tam DAYANDIRILIR 31 mart 2020, 16:46 Həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı - SƏRƏNCAM 31 mart 2020, 16:42 Azərbaycan parlamentində onlayn iclas  31 mart 2020, 16:41 Bu ölkədə “koronavirus” sözü qadağan edildi 31 mart 2020, 16:38 Vətəndaşları bütün qaydalara əməl etməyə çağırıram - Prezident 31 mart 2020, 16:32 “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edildi 31 mart 2020, 16:26 İlham Əliyev: “Dinamikanın artmasına səbəb bəzi vətəndaşların məsuliyyətsizliyidir” 31 mart 2020, 16:20 Polşadakı azərbaycanlılar təxliyə olunmalarını gözləyir 31 mart 2020, 16:14 Azərbaycanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı - 24 nəfər yoluxdu 31 mart 2020, 16:07 Mikayıl Cabbarovdan nazirliyin tabeliyində olan qurumların rəhbərlərinə MÜRACİƏT 31 mart 2020, 16:02 Ermənilər tarixi cinayətlərinə görə cavab verəcəklər - Bəyanat 31 mart 2020, 15:56 Rövşən Rzayev videoqəbul keçirdi - FOTOLAR 31 mart 2020, 15:45 Goranboyda 68 tənha ahıl ailəyə ərzaq paylanılıb 31 mart 2020, 15:40 Azərbaycanda virusa yoluxma sayı gündəlik artır - Operativ Qərargah 31 mart 2020, 15:33 Ermənistan Rusiyadan qazın qiymətini ucuzlaşdırmasını istəyir 31 mart 2020, 15:32 Koronavirusa yoluxanların sayı 800 mini ötdü 31 mart 2020, 15:21 Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir - Naqif Həmzəyev 31 mart 2020, 15:15 Sabaha olan teledərsin cədvəli açıqlandı 31 mart 2020, 15:08 Koronavirusa yoluxmama ümidi ilə... 31 mart 2020, 15:01