Modern.az

Layen Ermənistanda nələri müzakirə edəcək - Detallar

Layen Ermənistanda nələri müzakirə edəcək - Detallar

Dünya

Bu gün, 17:03

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədri Ursula fon der Layenin yaxın vaxtlarda Ermənistana səfər edəcəyini təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.

Paşinyan bildirib ki, Ursula fon der Layenin İrəvana səfəri zamanı müzakirə olunacaq əsas məsələlərdən biri Ermənistanın kənd təsərrüfatı məhsullarının Avropa İttifaqı bazarına çıxışının sadələşdirilməsi olacaq.

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu yaxınlarda Brüsseldə Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib. Bunun nəticəsində bu istiqamətdə yeni imkanların yaranması üçün zəmin formalaşıb. Ermənistanın bu sahədə unikal imkanlar əldə etmək ehtimalı var. Ümid edirəm ki, Avropa Komissiyasının sədri ilə müvafiq layihəni yekunlaşdıra biləcəyik və onun İrəvana səfəri zamanı bununla bağlı birgə bəyanat verəcəyik", - Paşinyan deyib.

Baş nazir regional əməkdaşlıq perspektivlərinə də toxunaraq bildirib ki, Ermənistan TRIPP layihəsi çərçivəsində həyata keçirilən regional proqramlara qaçılmaz şəkildə inteqrasiya olunacaq.

Paşinyanın sözlərinə görə, artıq Cənubi Qafqaz ölkələrinin regiona vahid məkan kimi yanaşmasının vaxtı çatıb.

"Cənubi Qafqaz ölkələri regionu ümumi maraqların mövcud olduğu vahid məkan kimi görməlidirlər. Əlbəttə, hər bir dövlətin öz milli maraqları və baxışları var. Lakin hesab edirəm ki, bizi birləşdirən kifayət qədər geniş ortaq maraqlar da mövcuddur və biz bu istiqamətdə işi davam etdirməliyik", - Ermənistanın baş naziri vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!