Modern.az

İşğalçıya tarixi dərs

İşğalçıya tarixi dərs

20 Fevral 2020, 16:48

Valday məğlubiyyətindən sonra Münhendə ikinci şoku yaşayan Paşinyan ölkəsinin deyil, həm də  dünyanın gülüş hədəfinə çevrildi. Küçələrdən hakimiyyətə gələn birinin Qarabağ münaqişəsinin həllinə yönəlmiş mühüm tədbirdə fikir yürütməsi, əlbəttə ki, onun çətin duruma düşməsi ilə nəticələnəcəkdi. Danışıqlar prosesindən uzun illər kənarda qalan, Ermənistanı dilənçi vəziyyətdən çıxarmaq üçün xaricdəki lobbiyə sığınan baş nazir elə ilk raunddaca rabitəsiz danışdığı ingilis dilində işğalçı olduqlarını və bu gün üstündə dövlət qurduqları torpağın Azərbaycana məxsus olduğunu etiraf etdi. 

 

O, ümidli idi ki, yalanlarına dünyanı inandıracaq. Ancaq belə olmadı. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin onun qondarma “fakt”larına dünyanın bildiyi və təsdiq etdiyi həqiqətlərlə cavabı debata möhürünü vurdu. 

 

Prezident İlham Əliyev uzun illərdir ki, Qarabağ “düyünü”nün “çözülməsi”nə çalışan, lakin ikili standartlarla Azərbaycana təzyiqlər edən güclərə də  “Azərbaycan xalqı Şuşaya və digər işğal olunmuş bölgələrə qayıtmalıdır” mesajını ünvanladı.Və bu mesajın sonunda Valdaydakından daha qüdrətli və əzəmətli Nida vardı... 

 

Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir həqiqəti dünya gündəmini yenidən zəbt etdi. Həmin gün Münhen Azərbaycan diplomatiyasının Ön xətti, Ön cəbhəsi idi. Meydanda isə Ali Baş Komandan İlham Əliyev idi. Öz xalqına, tarixin ona verdiyi haqqa güvənərək, beləcə, işğalçıya həddini bldirən liderimizin qətiyyəti, Azərbaycan ərazisində ikinci “erməni dövləti”nin yaradılmasına barışmaz mövqeyi bizi-Azərbaycan xalqını yaxında, özü də çox yaxında olan Qələbəyə inandırdı. 

 

Siyasət meydanında Azərbaycan qalibdir. Döyüş meydanında isə: “Əmrinə hazıram, Ali baş Komandanım”,- deyən Azərbaycan əsgəri düşmənə sonuncu məğlubiyyət acısını daddırmaq, Azərbaycan bayrağını işğaldan azad olunmuş  torpaqlara sancmaq üçün əli tətəikdə gözləyir. 

 

 

Hafiz TƏMİROV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?