Arxiv
21 Fevral 2020, 18:07 | AKTUAL
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fevralın 21-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib. 

Əvvəlcə Dövlət Komitəsinin və Xocalı Rayon İcra Hakimiyyətinin rəhbərləri, Goranboy rayonunda müvəqqəti məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər Xocalı abidəsini ziyarət ediblər. 

Sonra qəsəbədəki Mədəniyyət Evində anım tədbiri keçirilib. 

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi  olduğunu diqqətə çatdırıb. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritdiyi, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görülməmiş qəddarlıqla divan tutduğu həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimizin, o cümlədən 106 qadının, 63 uşaq və 70 qocanın həlak olduğu, 487 dinc sakinin ağır yaralandığı,  1275 nəfərin girov götürülərək işgəncələrə məruz qaldığı xatırladılıb.

Həmçinin o zamankı iqtidarın öz konstitutsion vəzifələrinin icrasına cinayətkar laqeydliyinin, ardı-arası kəsilməyən siyasi çəkişmələrin, respublikada yaranmış anarxiya və başıpozuqluğun bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratdığı qeyd edilib.

Bildirilib ki, Xocalı soyqırımına siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-sının “Xocalı soyqırımı günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib.

Bu gün Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Xocalı soyqırımına beynəlxalq  hüquq normaları çərçivəsində qiymət verildiyi, dünyanın bir sıra ölkələrinin, beynəlxalq təşkilatların, habelə ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanının Ermənistanı işğalçı dövlət kimi tanıdığı vurğulanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət” kampaniyasının bütün dünyanı əhatə etdiyi qeyd edilib. 

Bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsi zamanı Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdiyi, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığı xatırladılıb.

Belə bir inam ifadə edildi ki, dünyada nüfuzu durmadan artan Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək gücündədir və bunu mütləq edəcəkdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinin işğaldan azad olunan torpaqlarımızda yad edləcəyi gün uzaqda deyildir.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək, soyqırımı qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu, rayon sakinlərinin dövlət qayğısı ilə əhatə olunduğunu bildirib.  

Daha sonra çıxış üçün söz Xocalıda hər iki valideynini itirmiş şəxslərə və faciə zamanı həyatını itirmiş şəhidlərin ailə üzvlərinə verilib. Onlar da bu faciə ilə heç bir zaman barışmayacaqlarını, bu soyqırımın bütün dünyaya çatdırılması istiqamətində işlər aparacaqlarını diqqətə çatdırıblar. 

Tədbirin sonunda “Qırmızı nitq” filmi nümayiş edilib. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən məktəbin ibtidai siniflərində təhsil alan şagirdlərə 110 gödəkçə, aztəminatlı ailələrdən olan məcburi köçkünlərə 80 kostyum, 60 palto və 110 yataq dəsti paylanılıb. 

Bunda sonra isə Xocalı soyqırımı zamanı həlak olanlar üçün ehsan süfrəsi təşkil olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Dərs vaxtı”nın 30 mart cədvəli 28 mart 2020, 19:38 Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü  28 mart 2020, 19:21 Təhsil sahəsində fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparıldı 28 mart 2020, 19:16 ABŞ-da koronavirusdan ölənlərin sayı 1700-ü ÖTDÜ   28 mart 2020, 19:00 “Gücləndirilmiş iş rejimində çalışırıq ki, artan tələbatı qarşılayaq” - Tanrıverdi Mustafayev 28 mart 2020, 18:33 Goranboyda maarifləndirmə və dezinfeksiya tədbirləri davam edir - FOTO 28 mart 2020, 18:05 Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı daha bir videoçarx hazırladı -VİDEO 28 mart 2020, 17:57 Polis postlarından hansı avtomobillər və şəxslər buraxılacaq? - SİYAHI 28 mart 2020, 17:50 Bakıda elektrik naqilləri oğurlayan şəxs saxlanıldı   28 mart 2020, 17:43 AŞPA məruzəçilərinin açıqlaması ilə əlaqədar məktub göndərildi 28 mart 2020, 17:36 Rusiya koronavirusa qarşı dərman hazırladığını elan etdi 28 mart 2020, 17:30 “Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib - FOTO 28 mart 2020, 17:24 DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə MÜRACİƏT 28 mart 2020, 17:18 Sabahdan koronavirusa yoluxan xəstələr “Yeni klinika”da müalicə alacaqlar 28 mart 2020, 17:11 Birinci sinfə elektron qeydiyyata yenidən start verilir 28 mart 2020, 17:04 “AŞPA həmməruzəçilərinin düşüncəsi də koronavirusa yoluxub” - Əli Hüseynli 28 mart 2020, 16:56 Ağcabədidə yük avtomobili yandı 28 mart 2020, 16:49 Təhsil Nazirliyi vətəndaş qəbulunu dayandırdı 28 mart 2020, 16:42 Hacıqabulda koronavirusa qarşı mübarizə tədbirləri davam edir - FOTO 28 mart 2020, 16:35 AZAL #EVDƏQAL təşəbbüsü çərçivəsində yeni kampaniyaya start verir - FOTO 28 mart 2020, 16:28 YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər - VİDEO 28 mart 2020, 16:22 Antikoronavirus: Bütün dünya “AĞATLI OĞLAN”ı gözləyir 28 mart 2020, 16:15 İki mağazadan oğurluq edən şəxs ələ keçdi 28 mart 2020, 16:09 Nazirlik yaşı 65-dən yuxarı 11 minədək tənhaya XİDMƏT EDİR 28 mart 2020, 16:02 “Evdə qal” devizi altında aksiya davam etdirilir - FOTO 28 mart 2020, 15:55 “Azəriqaz” daha az işçilə maksimum işləyəcək   28 mart 2020, 15:47 Zaqatalada koronavirusla bağlı yalan məlumat yayan şəxslər saxlanıldı 28 mart 2020, 15:40 Prezident və birinci xanım “Yeni klinika” tibb müəssisəsinin AÇILIŞINDA 28 mart 2020, 15:33 TƏBİB-dən 6 yaşlı uşağın ölümü ilə bağlı AÇIQLAMA 28 mart 2020, 15:25 Belə karantin olmaz! - Biri başsağlığına gedir, o biri parkda gəzişir... 28 mart 2020, 15:18 İnsanları karantinə çağıranlar özləri nə edir: DARIXAN DA VAR, YALAN DANIŞAN DA… 28 mart 2020, 15:11 DMX əcnəbi və vətəndaşlığı olmayanlara müraciət etdi 28 mart 2020, 15:05 Birinci sinfin rus bölməsi üçün müsahibələr təxirə salındı 28 mart 2020, 14:59 Soydaşlarımızın məskunlaşdığı qaçqın düşərgəsi karantinə alındı 28 mart 2020, 14:52 Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı 28 mart 2020, 14:45