Modern.az

Bu ölkə də vətəndaşlarını Çindən təxliyə edir

Bu ölkə də vətəndaşlarını Çindən təxliyə edir

21 Fevral 2020, 22:14

Gürcüstan koronavirus səbəbindən 34 vətəndaşını Çindən təxliyə edir.

Modern.az  “Report”a  istinadən xəbər verir ki, həmin şəxslər Çində yaşayan, çalışan və təhsil alanlardır.

Gürcüstan vətəndaşları müxtəlif səbəblərə görə hələ də Çini tərk edə bilməyiblər. Onlar bir neçə saat sonra təyyarə ilə vətənə çatdırılacaqlar.

Təxliyə olunan şəxslər iki həftə ərzində Saçxere rayonunda yerləşən hotellərdən birində karantində saxlanılacaqlar.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?