Modern.az

Bakıda Küveytin Dövlət müstəqilliyinin 59-cu ildönümü qeyd edildi - FOTO

Bakıda Küveytin Dövlət müstəqilliyinin 59-cu ildönümü qeyd edildi - FOTO

21 Fevral 2020, 22:33

Bu gün Küveytin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – Dövlət müstəqilliyinin 59-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Modern.az  xəbər verir ki,  Küveyt səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ölkəsi ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirib.

‌O qeyd edib ki, qarşılıqlı səfərlər, yüksəksəviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır.

Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov isə qeyd edib ki, son zamanlar Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir.

Ramiz Həsənov, həmçinin, bildirib ki, Küveytin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini daim dəstəkləməsi rəsmi Bakı tərəfindən yüksək qiymətləndirilir.

Tədbirdə rəsmi şəxslər, səfirlər, media təmsilçiləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır