Modern.az

MSK-da Elman Nəsirov MÜZAKİRƏSİ

MSK-da Elman Nəsirov MÜZAKİRƏSİ

22 Fevral 2020, 18:08

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 68 saylı Cəlilabad kənd Seçki Dairəsindən ünvanlanan müraciətlərə baxılıb.

 


Modern.az xəbər verir ki, müraciət barədə məlumat verən MSK üzvü Tofiq Həsənovun sözlərinə görə, şikayət həmin dairədən qeydə alınmış namizəd Sakit Mirişova məxsusdur.

 


Namizəd səsvermə günü müşahidəçilərə lazımi müşahidə imkanı yaradılmadığını və digər qanun pozuntularının olduğunu iddia edib.

 


MSK katibi Mikayıl Rəhimov bildirib ki, həmin dairə üzrə qalib namizəd Elman Nəsiorov barəsində xeyli müzakirələr açılıb, mübahisələrə səbəb olan məqamlar qeyd edilib.

 


Tofiq Həsənov isə sosial şəbəkələrdə həmin dairədən yayılan, şöyüş və təhqirin yer aldığı videogörüntülərdə mübahisəli məqamların olmasını istisna etməyib.

 


MSK-nın ekspert qrupunun yekun rəyi əsasında namizədin şikayəti təmin edilməyib.

 


Qeyd edək ki, 68 saylı seçki dairəsindən lider namizəd Elman Nəsirovdur.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi