Modern.az

İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb

İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb

Dünya

23 Fevral 2020, 16:44

İranın şimal-qərbində Türkiyə ilə sərhəddə yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində zəlzələ nəticəsində 75 nəfər yaralanıb və yaralıların qəbulu davam edir.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Xoy Təcili Yardım İdarəsinin direktoru Muctaba Qomri Əsl deyib.

İdarə rəsmisi yaralıların qəbulunun davam etdiyini deyib.

Qomri Əsl əlavə edib ki, yaralıların əksəriyyəti evə buraxılıb. 6 nəfər xəstəxanalarda müalicə alır.

 

Qeyd edək ki, bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə zəlzələ baş verib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi