Modern.az

Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769-a çatdı

Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769-a çatdı

24 Fevral 2020, 00:32

Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769 nəfərə çatıb.

Modern.az   “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.

Məlumata görə, son gün ərzində Çindən xaricdə - dünyanın ayrı-ayrı ölkələrində virusa yoluxma ilə bağlı təsdiq edilmiş hadisələrin sayı 367-yə qədər artıb. Çin istisna olmaqla, virusa yoluxma daha 28 ölkədə qeydə alınıb. Ölümlə nəticələnən hadisələrin ümumi sayı 17-dir. COVID-19-dan bir gün ərzində 6 nəfər ölüb.

Çindəki vəziyyətə gəlincə, son məlumatlara görə, ölkədə 2 445 nəfər koronavirusun qurbanı olub, daha 77 042 virusa yoluxub. Xəstəlikdən 22,8 mindən çox insan sağalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir