Arxiv
24 Fevral 2020, 09:40 | DİASPOR
“Qarabağ məktəbi”nin müəllimi: “Son 3-4 ildə Polşaya gələn azərbaycanlıların sayında inanılmaz artım var”

Dünyanın bir çox ölkəsində yaşayan soydaşlarımız təhsil almaqla yanaşı, həmin ölkələrdə həm də təhsil verən ən yaxşı mütəxəssis olaraq çalışırlar.

Həmin azərbaycanlılardan biri də 14 ildir ki, Polşada yaşayan Səbinə Səlimzadədir.

 

Polşanın paytaxtı Varşava şəhərində yaşayan Səbinə Səlimzadə Varşava Dövlət Universitetinin Tərcüməçilik fakultəsində təhsil alıb.

 

Polşadakı fəaliyyəti barədə Modern.az-a danışan azərbaycanlı xanım hazırkı işindən də söz açıb:

 

“Polşanın Dövlət Sərhəd Xidməti tərəfindən tərcüməçi vəzifəsinə işə qəbul olmuşam. Artıq iki ildir ki, bu qurumda tərcüməçi işləyirəm. Dil biliklərim səbəbindən işə dəvət edildim. Müsahibədən keçdikdən sonra isə Polşa DSX-ində işə başladım.

Əsasən Polşadan deport alan və ya sənədlərində hər hansı problemi olan, həmçinin cinayət törətmiş azərbaycanlılar, türklər və digər rusdilli millətlər üçün tərcüməçilik edirəm”.

 

Müsahibimizin sözlərinə görə, azərbaycanlıların üz tutduğu  xarici ölkələr arasında Polşa da var:

 

“Deyərdim ki, xüsusilə son illərdə soydaçlarımızın Polşaya gəlmələrində aktivlik hiss edilir. Ümumiyyətlə, son 3-4 il ərzində Polşaya gələn azərbaycanlıların sayında inanılmaz artım var.

İnsanlarımızın Polşaya müraciət etmə səbəbi fərqlidir. Bəzi insanlar işləmək, bəzi insanlar isə təhsil almaq üçün kütləvi şəkildə Polşanı seçir. Bunun nəticəsi olaraq da Polşada çoxsaylı azərbaycanlılar toplaşdı və burada müxtəlif təşkilatlar yarandı”.

 

Polşada yaranan təşkilatların artdığını deyən xanım müsahibimiz  bu sahədə Azərbaycanın dövlət dəstəyini xüsusilə də qeyd edib:

 

“2019-cu ilin 13 oktyabrında Diasporla iş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov və nümayəndə heyəti Varşavaya rəsmi səfər etmişdi.

Səfər zamanı Azərbaycanın Polşadakı səfiri cənab Həsən Həsənovun və səfirlik əməkdaşlarının da iştirakı ilə baş tutmuş tədbirdə "Polşa Azərbaycanlıları Koordinasiya Şurası" yaradıldı.

Müşahidələr onu deməyə əsas verir  ki, məhz bundan sonra soydaşlarımızın aktivliyi birə beş artdı. Koordinasiya Şurasının koordinatoru Rəsul Məmmədov Varşavada fəaliyyətə başlayacaq "Qarabağ məktəbi"nin direktoru seçildi.

Mən də həm dil biliklərim, həm də Azərbaycan və Polşa cəmiyyətinin  mentalitetlərindən məlumatlı olduğum üçün adıçəkilən məktəbdə müəllimlərdən biri seçildim. Əsas işimiz Polşada yaşayan azyaşlı həmvətənlərimizin Dilimizi, Vətənimizi unutmaması, tariximizi, dilimizi, mədəniyyətimizi bilməsi və burada təbliğ etməsi üçün çalışırıq.

Bütün planlarımız və hərəkətlərimiz bu istiqamətdədir. Eyni zamanda, qeyd etmək  istəyirəm ki, burada hazırda digər koordinator Xəlil Həsənovun təşəbbüsü və Diasporla iş üzrə Dövlət Komitəsinin, dövlətimizin dəstəyi ilə Polşada həmvətənlərimiz üçün tam ödənişsiz hüquqi yardım təklif edilir. Polşada yaşayan azərbaycanlılar bu xidmətdən kifayət qədər yararlanır”.

 

 

Səbinə Səlimzadə Qarabağ məsələsinin Polşada təbliğatı məsələsinə də toxunub:

 

“Qarabağ məsələsini həm böyük tədbirlər, həm də kiçik işlərlə bütün gücümüzlə  maksimum dərəcədə polyak ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edirik.

Bu yöndə məktəbimizin adının “Qarabağ məktəbi” olması bir təbliğat vasitəsidir.

Qeyd edim ki, Avropada 4 ölkədə Qarabağ məktəbi fəaliyyət göstərir və sevindirici haldır ki, bunun biri də Varşava şəhərindədir. Bununla yanaşı 26 fevral Xocalı soyqırımı həmçinin digər önəmli tarixi hadisələrimizi həm səfirlik, həm Koordinasiya Şurası, həm də öz şəxsi təşəbbüsümüzlə polyak xalqına izah edir, onları məlumatlandırırıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elə bilin ki, həbsdəyik, dözməliyik  – HAFİZ HACIYEVLƏ  #evdəqal SÖHBƏTİ 29 mart 2020, 16:01 “Azərsu” 8600 əməkdaşını məzuniyyətə GÖNDƏRDİ 29 mart 2020, 15:57 Yasamal İH-nin təşəbbüsü ilə #evdəqal videosu hazırlanıb 29 mart 2020, 15:52 İmmun sisteminizi gücləndirmək üçün bu həbləri için - Professordan MƏSLƏHƏT 29 mart 2020, 15:46 Nazirlik prokurluqa müraciət etdi 29 mart 2020, 15:45 Bu imtahanlar da təxirə salındı 29 mart 2020, 15:35 “Koronavirus haqqında” Qanuna ehtiyac yoxdur – Komitə sədri 29 mart 2020, 15:32 Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir - FOTO 29 mart 2020, 15:27 Bakıda 25 yaşlı gənci maşınla vuraraq öldürən sürücü SAXLANILDI 29 mart 2020, 15:21 Birinci ledi virusa qalib gəldi 29 mart 2020, 15:18 WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur 29 mart 2020, 15:18 Koronavirus 11 aylıq körpəni öldürdü 29 mart 2020, 15:12 Azərbaycanda icra başçısının müavini koronavirusa yoluxdu 29 mart 2020, 15:09 Qızıl Aypara Cəmiyyətindən koronaviriusla bağlı nümunəvi ADDIM 29 mart 2020, 15:05 Prezident Şəfiqə Məmmədovaya orden verdi 29 mart 2020, 15:00 Naxçıvanda koronavirus  yoxdur - Rəsmi AÇIQLAMA 29 mart 2020, 14:53 Evdə bu əşyaları daha çox  təmiz saxlayın 29 mart 2020, 14:46 Koronavirusdan ölənlərin sayı 31 mini ötdü 29 mart 2020, 14:39 Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi 29 mart 2020, 14:32 Dövlət Avtomobil Nəqliyyat Xidmətindən sürücülərə MÜRACİƏT 29 mart 2020, 14:31 Moskvada koronaviruslu xəstələrin sayı 1000-i keçdi 29 mart 2020, 14:30 Vergi hesabatlarının verilmə müddəti uzadıldı 29 mart 2020, 14:28 Nuridə Allahyarova: Qaydalara əməl etməyən 26 daşıyıcıya xəbərdarlıq edilib 29 mart 2020, 14:20 Növbəyə gedən və qayıdan dənizçilər karantinə alınır - Gəmi kapitanı 29 mart 2020, 14:13 Səhiyyə Nazirliyindən tibbi maskalarla bağlı AÇIQLAMA 29 mart 2020, 14:10 Polis apteklərdə reyd keçirib - FOTO - VİDEO 29 mart 2020, 14:06 Qarabağda qondarma seçkilər humanitar fəlakətə yol açacaq - Rəsmi Bakıdan ETİRAZ 29 mart 2020, 14:00 Əli Əsədovun hesabatı təxirə SALINDI 29 mart 2020, 13:52 Koronavirus xəstəsini dağda basdırdılar - FOTO+VİDEO 29 mart 2020, 13:46 Goranboy YAP-çıları 135 ailəyə gigiyenik vasitələr payladı- FOTO 29 mart 2020, 13:40  Bir nəfərin səhlənkarlığı milli fəlakətə gətirib çıxara bilər 29 mart 2020, 13:34 Vüqar İskəndərov: "AŞ PA məruzəçiləri ölkəmizə qarşı qeyri-sağlam niyyətdədirlər" 29 mart 2020, 13:27 Ekalogiya naziri #TəmizƏllər kampaniyasına qoşuldu - VİDEO 29 mart 2020, 13:20 Erməni diasporunun başçılarından biri  koronavirusdan öldü 29 mart 2020, 13:14 Goranboya giriş-çıxış BAĞLANDI - FOTO 29 mart 2020, 13:08