Modern.az

Ceyhun Məmmədovun dairəsində bir məntəqənin nəticələri ləğv olundu

Ceyhun Məmmədovun dairəsində bir məntəqənin nəticələri ləğv olundu

24 Fevral 2020, 19:32

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən növbəti şikayətlərə baxılıb.

 

Modern.az xəbər verir ki, müraciət haqqında məlumatı Baxşeyiş Əsgərov səsləndirib.

 

O bildirib ki, həmin seçki dairəsindın qeydə alınmış namizəd Şaiq Piriyev Dairə Seçki Komissiyasının qrəarından narazı qalıb. Həmçinin namizəd iddia edib ki, seçki dairəsi üzrə bir sıra seçki məntəqələrində qanun pozuntuları qeydə alınıb. Araşdırma zamanı məlum olub ki, 36 saylı seçki məntəqəsi üzrə seçicilərin iradəsinə zidd məqamlar qeydə alınıb.

 

B. Əsgərovun təklifi, MSK-nın ekspert qrupunun rəyi ilə namizədlərin müraicəti qismən təmin olunub.

 

120 saylı seçki dairəsi üzrə 36 saylı seçki məntəqəsində seçkilərin nəticələri ləğv edilib.

 

Qeyd edək ki, həmin dairədən lider namizəd Ceyhun Məmmədovdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir