Modern.az

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat

24 Fevral 2020, 23:19

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 60,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,99 dollar/barel azdır.

Modern.az  xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,98 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,48 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 58,57 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,65 dollar/barel azdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü