Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədi­nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

 

DSX-dən Modern.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonu Şirvanovka kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən 25.06.1983-cü il təvəllüdlü, Azərbaycan vətəndaşı Soltanov Elşən Qismət oğlu sərhəd pozucusu qismində saxlanılmışdır. İlkin araşdırma zamanı onun dövlət sərhədindən rəsmi qaydada hərəkətinə tərəfindən məhdudiyyət qoyul­duğun­dan sərhədi qanunsuz olaraq keçməyə cəhd göstərməsi müəyyən olmuşdur.

 

Qeyd olunan tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazi­sin­də Beyləqan rayonu Əmirzeytli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində, 3 nəfər şəxsin əraziyə yaxın­laşa­raq xüsusi gizlədilmiş yerdən bağlama götürmələri müşahidə olunmuş və onlar hadisə yerindən uzaqlaş­mağa cəhd edərkən sərhədçilər tərəfindən saxlanılıblar.

 

Saxlanılan şəxslərin Ağcabədi rayon Avşar kənd sakinləri, 1980-ci il təvəllüdlü Mehdiyev Qərib Aqil oğlu, 1974-cü il təvəllüdlü Mamedov Cabir Camal oğlu, Beyləqan rayon “Mil“ üzümçülük qəsəbə sakini 1967-ci il təvəl­lüdlü Nəzərov Yusif Şəmil oğlu olması müəyyən edilmişdir. Bağlamaya baxış keçirərkən, qara rəngli polietilen salafafanda 4374 qram olan narkotik vasitə olan marixuana və 254 qram metofitamin aşkar olunub.

 

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.