Arxiv
27 Fevral 2020, 10:04 | AKTUAL
UNEC-in Zaqatala filialında yenilik

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU/UNEC) uğurla tətbiq olunan EDUMAN-Elektron Universitet Modeli 2019/2020-ci tədris ilinin yaz semestrindən etibarən universitetin Zaqatala filialında da reallaşdırılıb.

 

Bu barədə Modern.az-a ADİU-dan məlumat verilib.

 

Bildirilib ki, filialda bütün müəllim və tələbələr üçün şəxsi kabinetlər açılıb, dərs cədvəlləri, tədris planları, fənn üzrə qruplar, tədris materialları, sərbəst işlərin qəbulu, apelyasiya müraciətləri, imtahan cədvəli və buraxılışları elektronlaşdırılıb.

 

Tədrisin keyfiyyətinin qiymət­lən­diril­mə­si və idarə edilməsi üçün geniş imkanlar yaradan EDUMAN sistemi çərçivəsində UNEC-də təhsil idarəetmə, elektron imtahan, təqaüd, apelyasiya sistemi, əlavə təhsil, ikinci ali təhsil, əcnəbilərin qəbulu, tələbə kabineti, müəllim kabineti, Docnet-Elektron sənəd dövriyyəsi sistemi, elektron təqaüd və müəllimlərin reytinqinin qiymətləndirilməsi sistemi modulları tətbiq olunur.

 

Həmin modulların UNEC-in Zaqatala filialında da tətbiq edilməsi elektron dərs cədvəli, fənn kataloqu, akademik təqvim, sərbəst işlərin elektron göndərilməsi və qiymətləndirilməsi, DİM-də tələbə məlumatlarının daimi inteqrasiyası, elektron jurnal, elektron tədris materialları, hesabatlar, tədris planı, transkript, elan və bildirişlər, tələbə kabineti, müəllim kabineti, apelyasiya, təqaüdlərin hesablanması və əmrləşdirilməsi, testlərin hazırlanması, imtahan qeydiyyatı, məzunlar bölməsi kimi funksionallıqların icrasını təmin edəcək.

 

Xatırladaq ki, EDUMAN sistemində “Bir pəncərə” sisteminin də işə salınıb. Bu sistem vasitəsilə tələbələr universitet təhsili müddətində tələb olunan bütün arayış (akademik transkript, təhsil alma haqqında arayış və s.) və ərizələri şəxsi kabinetlərindən müraciət edərək əldə edə bilirlər.

 

Sistemin tətbiqi nəticəsində filialın tədris prosesi ilə əlaqədar bütün məlumatlar birbaşa mərkəzi bazaya ötürüləcək və həmin məlumatların təhlili daha operativ qaydada aparılacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda yolu keçən qadını avtomobil vurdu 6 Aprel 2020, 22:43 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 6 Aprel 2020, 22:30 Koronavirus: mif və reallıqlar 6 Aprel 2020, 22:19 Aprelin 8-dən 7 bank faisziz krediti verəcək 6 Aprel 2020, 22:06 ABŞ-da  COVID-19-dan 10 335 nəfər öldü 6 Aprel 2020, 21:43 Neftçalada ata və oğlunun suda batma səbəbi bilindi - YENİLƏNİB 6 Aprel 2020, 21:27 Türkiyədə koronavirus qurbanlarının sayı 649-a çatdı 6 Aprel 2020, 21:15 Rusiya Ümumdünya Səhiyyə Təşkilatına 1 milyon dollar ayırdı 6 Aprel 2020, 20:57 “Prezidentimizin siyasətində millətimizin sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür” - Musa Qasımlı 6 Aprel 2020, 20:44 Deputat Kamal Cəfərov CANLI YAYIMda sualları cavablandırır 6 Aprel 2020, 20:28 Nazirlik pandemiyadan zərər çəkən sahibkarlarla bağlı atılacaq addımları AÇIQLADI 6 Aprel 2020, 20:22 “Bu humanist addımdan əfv olunanlar nəticə çıxaracaqlar” - Deputat 6 Aprel 2020, 20:21 Dövlət Komitəsi əhaliyə pulsuz tibbi maskalar payladı - FOTO   6 Aprel 2020, 20:14 “Azərbaycanda un təchizatı ilə bağlı heç bir problem yoxdur!” - RƏSMİ 6 Aprel 2020, 19:57 Adil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”  6 Aprel 2020, 19:50 Ailələrə verilmiş uşaqların internat müəssisələrinə geri qayıdışı dayandırılıb - Ombudsman 6 Aprel 2020, 19:40 İnanaq ki, onlar bir daha həbsxanaya geri qayıtmayacaq - ÜÇ DEPUTAT 6 Aprel 2020, 19:31 Baş həkim: “Lerikdə koronavirusa yoluxan yoxdur” 6 Aprel 2020, 19:10 Ermənistanda 6 polis koronavirusa yoluxdu 6 Aprel 2020, 19:02 Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu 6 Aprel 2020, 18:57 “Bəzi işbazların bu hərəkətlərə yol verməməsinə çalışmalıyıq” - Sabir Hacıyev 6 Aprel 2020, 18:48 Operativ Qərargahdan xəbərdarlıq - Bəzi baş redaktorlar saxta vəsiqələr verir 6 Aprel 2020, 18:43 “Ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq” - Millət vəkili 6 Aprel 2020, 18:38 "Nar" abunəçilərə səyyar xidmət göstərməyə başladı 6 Aprel 2020, 18:32 Neftçalada 2 nəfər su kanalına düşüb 6 Aprel 2020, 18:28 Əli Hüseynli: “Beşinci kolon təmsilçilərinə təxribat törətməyə imkan verilməyəcək” 6 Aprel 2020, 18:24 “evdeqal.az” saytı istifadəyə verildi 6 Aprel 2020, 18:21 SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb 6 Aprel 2020, 18:17 Milli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYE 6 Aprel 2020, 18:12 8103-lə bağlı ən çox verilən suallara CAVAB 6 Aprel 2020, 17:57 Neftçalada aztəminatlı ailələrə yardım edilib - FOTO 6 Aprel 2020, 17:52 Milli Teleradio Şurasına yeni sədr seçildi - Nuşirəvan Məhərrəmli kənarlaşdırıldı 6 Aprel 2020, 17:50 Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub 6 Aprel 2020, 17:46 İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib 6 Aprel 2020, 17:40 Koronavirus həm də 3-cü Dünya Müharibəsini BAŞLADIB 6 Aprel 2020, 17:35