Modern.az

Əbülfəz Qarayev: Musiqi və incəsənət məktəblərinə şagird qəbulu elektron qaydada aparılacaq

Əbülfəz Qarayev: Musiqi və incəsənət məktəblərinə şagird qəbulu elektron qaydada aparılacaq

Aktual

27 Fevral 2020, 12:26

“Bu ildən etibarən Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbulu elektron formada aparılacaq”.

 

Modern.az-ın xəbərinə görə bunu "Mədəniyyət Biznes Forumu: Mövcud vəziyyət və perspektivlər" forumunda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

 

Ə.Qarayevin sözlərinə görə, şagirdlərin seçimi xüsusi yaradılacaq komissiya tərəfindən aparılacaq.

 

“Artıq 2 ildir ki, bu məktəblərə müəllimlərin işə qəbulu elektron formada, açıq müsabiqə yolu ilə həyata keçirilir. Ötən il 500 müəllimin müraciəti qəbul olunub ki, onlardan 125 nəfəri işlə təmin edilib. Həmin məktəblərdə bu günədək 15 minədək insan çalışır, 60 minədək şagird təhsil alır. İstedadlı uşaqların orada təmənnasız, pulsuz təhsil almasını dövlət öz üzərinə götürüb”, - deyə nazir qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar