Modern.az

Azərbaycan Gürcüstanla sərhədini bağlaya bilər? - MÖVQE

Azərbaycan Gürcüstanla sərhədini bağlaya bilər? - MÖVQE

Aktual

27 Fevral 2020, 12:46

Gürcüstanın Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə 10 pasient yerləşdirilib. Bununla bağlı, Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Belə olan halda Gürcüstanla Azərbaycan arasında sərhədlərin bağlanması mümkündürmü?

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov  Modern.az-a açıqlamasında buna ehtiyac görmədiyini bildirib:

 

“Sərhədlərin bağlanmasını məsləhət görmürəm. Sadəcə olaraq təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Həm Azərbaycan , həm də Gürcüstan tərəfi sərhədə ciddi nəzarət etməlidir. Hətta sıravi vətəndaşlar da qaydalara əməl etməlidirlər”.

 

Azər Süleymanov  Gürcüstanın  bir neçə ölkə ilə sərhədini bağladığını deyib:

“Ancaq Azərbaycanla sərhədlərini bağlamayıb. Gürcüstanda koronavirus aşkarlanan xəstələr arasında Çin, İtaliya vətəndaşları kimi Azərbaycan vətəndaşları da ola bilər. Təəssüf ki, bir azərbaycanlı da bu virusa yoluxub. O da  Marneuli rayonundandır. Etik olaraq onun adını çəkmək istəmirəm ki panikaya səbəb olsun”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?