Modern.az

Hacıqabulun icra başçısı şəhər sakinlərilə görüşüb - FOTO

Hacıqabulun icra başçısı şəhər sakinlərilə görüşüb - FOTO

Aktual

27 Fevral 2020, 13:45

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhərin Nəsimi, Babək və Xətai küçələrinin sakinlərilə növbəti səyyar qəbul-görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

 

İlk öncə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək , ölkədə iqtisadi inkişafın dayanaqlığının təmin olunduğunu, respublikamız  bu gün də dinamik inkişafı etdiyini, xalqımızın əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşadığını diqqətə çatdırmışdır. Cənab İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində ölkəmizdə sənayeləşmə templərinin yüksəldiyini, yüzlərlə müasir və yeni sənaye müəssisələrinin yaradıldığını və tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artdığını, ixracın həcminin yüksəldiyini bildirib. 

Rüstəm Xəlilov vurğulayıb ki, 2020-ci il ərzində Hacıqabul rayonunda həyata keçiriləcək sosial-infrastruktur layihələr çərçivəsində məktəb binalarının əsaslı təmir olunması, magistral və məhəllədaxili yolların təmir və bərpası, piyada səkilərinin salınması, şəhərin işıqlandırmasında əsaslı tədbirlərin görülməsi, şəhər ərazisində yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, küçə və prospekt boyunca xeyli sayda ağac və bəzək kollarının əkilməsi və digər layihələrin həyata keçirilməsi nəzərdə tutulub. 

 

Şəhər sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Sonda qəbulda iştirak edən sakinlər tərəfindən qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı