Modern.az

Türk Hava Yolları uçuşları bərpa edib – Naxçıvan Səhiyyə Nazirliyi

Türk Hava Yolları uçuşları bərpa edib – Naxçıvan Səhiyyə Nazirliyi

27 Fevral 2020, 16:09

“Naxçıvanda koronavirus infeksiyasının yayılma ehtimalı olmasa da, onun geostrateji mövqeyi, həmsərhəd olan ölkələrə gediş-gəlişlər zəruri qabaqlayıcı profilaktik tədbirlərin gücləndirilməsini tələb edir.

Bu məqsədlə, tibb müəssisələrində sanitar-gigiyena tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb”.

 

Bunu Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Əsgərov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki,

 

H.Əsgərov qeyd edib ki, Muxtar Respublika ərazisində də tibbi maska və spirt çatışmazlığı müşahidə edilir:

“Buna baxmayaraq, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunub, dərman preparatlarının, dezinfeksiyaedici maddələrinin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatı yaradılıb.

Ərazi GEM-lərinin həkim-epidemioloq, epidemioloq köməkçiləri, dezinfektor təlimatçılarının iştirakı ilə dezinfeksiya işlərinə start verilib.

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları tərəfindən icra olunan bu tədbir ilk növbədə əhalinin sıx məskunlaşdığı yerləri əhatə edir. İlk tədbirlər Naxçıvan şəhər avtovağzalında, dəmiryol vağzalında, ticarət mərkəzlərində həyata keçirilib”.

Nazirlik rəsmisi eyni zamanda, deyib ki, bir neçə gün əvvəl Türk Hava Yolları Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçuşları müvəqqəti dayandırsa da, artıq bərpa olunub.

H.Əsgərov qeyd edib ki, xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədi ilə Hava limanının tibbi heyəti tərəfindən muxtar respublikaya gələnlər arasında xəstəliyə şübhəli bilinən şəxslərdə müayinə və termometriya müşahidəsi təşkil edilib:

“Xəstəlik müşahidə edilərsə, onların qospitalizasiyası və stasionar müalicəyə götürülməsinə şərait yaradılıb. Gömrük-keçid məntəqələrinə yaxın olan səhiyyə müəssisələrində izolyatorlar ayrılıb. Tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunub, dərman preparatlarının, dezinfeksiyaedici maddələrinin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatı yaradılıb”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!