Arxiv
27 Fevral 2020, 17:19 | AKTUAL
Elçin Quliyev istefaya göndərilən generallarla görüşdü - FOTO

Bu gün Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidməti rəisinin müavinləri - general-leytenant Asif Cəbra­yı­lov, general-leytenant Fərhad Tağı-zadə və general-leytenant Əsgər Xəlilovun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Silahlı Qüvvə­lərdə həqiqi hərbi xidmətdən istefaya buraxılmaları ilə əlaqədar təntənəli tədbir keçirilib.

 

Dövlət Sərhəd Xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının elan edilməsi ilə başlayan tədbirdə çıxış edən Dövlət Sərhəd Xid­mə­tinin rəi­si general-polkovnik Elçin Quliyev artıq uzun illərdir ki, yaranmış ənənəyə uyğun olaraq bu təntənəli tədbirin keçirildiyini qeyd edib, istefaya buraxılan ali hərbi rütbəli zabitlərə müstəqil Azərbay­canın sərhəd mühafizəsinin formalaşmasında və inkişafında, gənc sərhədçi nəslinin yetişməsində səmə­rəli xidməti fəaliy­yət­lərinə görə təşəkkür edib, keçdikləri çətin və şərəfli xidmət yolunun yetişməkdə olan gənc nəslin formalaşmasına öz layiqli töhfəsini verdiyini xüsusi vurğulayıb.

 

Sonra Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət” ordeni təltif edil­miş generalların ordenlərini onlara təqdim edib, dövlət sərhəd­lərinin müha­fizəsi sahəsinə göstərdiyi ali diqqət və qayğıya görə Ali Baş Komandana bir daha minnətdarlığını bildirib.

 

Tədbirdə çıxış edən generallar yüksək dövlət mükafatı – 3-cü dərə­­cəli “Rəşadət” ordeninə layiq görüldüklərinə və yüksək dövləti qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Koman­danı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, bütün xidməti fəaliyyətləri dövründə Ümummilli Lider Heydər Əliyevə və Prezidentə sədaqətlə xidmət etdik­lə­rinə görə özlərini xoşbəxt saydıqlarını, bundan sonra da dövlət sərhədlərinin müha­fizəsi və toxunulmazlığının təmin olunması üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini qeyd ediblər.

 

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev vətən qarşısında yüksək xidmətlər göstərərək istefaya bura­xılan generallara bir daha minnətdarlığını bildirib, şəxsi həyatlarında uğurlar arzulayıb.

 

DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO) - Gallery Image DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO) - Gallery Image DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO) - Gallery Image DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO) - Gallery Image DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO) - Gallery Image DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO) - Gallery Image DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO) - Gallery Image DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO) - Gallery Image DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO) - Gallery Image DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO) - Gallery Image DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO) - Gallery Image DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO) - Gallery Image DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO) - Gallery Image DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SMS icazə sistemindən İSTİFADƏ QAYDALARI - VİDEO 4 Aprel 2020, 16:06 Aprel qələbəsinə dair onlayn konfrans keçirildi 4 Aprel 2020, 15:59 İqtisad Universiteti evlərdən distant təhsilə başlayır 4 Aprel 2020, 15:52 Gürcüstanda koronavirusdan ölən ilk şəxs azərbaycanlıdır 4 Aprel 2020, 15:42 Koronavirusla bağlı yeni videoçarx hazırlandı 4 Aprel 2020, 15:30 Maşını oğurlanan MSK üzvünün adı məlum oldu 4 Aprel 2020, 15:20 Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər - Allahşükür Paşazadə 4 Aprel 2020, 15:14 Binəqədidə tənha sakinlərə ərzaq yardımı edildi 4 Aprel 2020, 15:08 Bakıda “Whatsapp”la narkotik satan şəxslər həbs olundu -FOTO 4 Aprel 2020, 14:59 Pandemiya qurbanlarının sayı 60 mini ötdü 4 Aprel 2020, 14:50 Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ 4 Aprel 2020, 14:41 Rusiyadan gələn azərbaycanlılar ölkəyə BURAXILDI 4 Aprel 2020, 14:36 Azərbaycanda 194 min çox insana evdən çıxmağa icazə verildi 4 Aprel 2020, 14:35 AŞPA həmməruzəçiləri Dağlıq Qarabağdakı qondarma “seçkiləri” tanımırlar 4 Aprel 2020, 14:26 Milli Məclisin deputatları və Aparat işçiləri xidməti vəsiqə ilə hərəkət edəcəklər 4 Aprel 2020, 14:09 Milli Məclisin iclasının vaxtı DƏYİŞDİRİLDİ 4 Aprel 2020, 13:47 Fransada 600 hərbçi koronavirusa yoluxdu 4 Aprel 2020, 13:45 Hava kəskin dəyişəcək - güclü külək, yağış, qar 4 Aprel 2020, 13:30 Heydər Əliyev Mərkəzinin binasında həmrəylik mesajı - Video - Foto 4 Aprel 2020, 13:20 MSK-nın maşını oğurlandı 4 Aprel 2020, 13:19 Qaxda karantin rejimini pozanlar həbs edildi - FOTO 4 Aprel 2020, 13:10 Hacıqabulda bir qrup yaşlı kimsəsiz şəxslərə ərzaq verildi - FOTO 4 Aprel 2020, 13:08 Rusiyada koronavirusa yoluxanlar və ölənlər artdı 4 Aprel 2020, 13:03 Bakı-Sumqayıt yolunda çıxarılan ağaclar bu rayonlara köçürüləcək - AÇIQLAMA 4 Aprel 2020, 12:54 Avtomobillə sərnişin daşıma QADAĞAN OLUNUR 4 Aprel 2020, 12:48 Sabahın HAVA PROQNOZU 4 Aprel 2020, 12:40 Evdə qal və əməliyyatları Müştəri Bank-la et! 4 Aprel 2020, 12:34 DİN-dən jurnalistlərə xəbərdarlıq: Avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzsiz 4 Aprel 2020, 12:32 Heydər Əliyevlə şair Qabilin zarafatları-2 - VİDEO 4 Aprel 2020, 12:27 Koronavirus beyinə ciddi zərər vura bilər  4 Aprel 2020, 12:25 “Bakının mərkəzindən kənarda olan rayonlarda belə, internet problemi var” - Distant təhsilə əngəl 4 Aprel 2020, 12:18 Polis karantin qaydalarını pozan 3 obyekt aşkarladı 4 Aprel 2020, 12:10 Koronavirus tələb edir: Əkinə yararlı torpaqlardan səmərəli istifadə olunsun 4 Aprel 2020, 12:06 106 yaşlı kişi koronavirusdan sağaldı 4 Aprel 2020, 11:55 Ermənistanda virusa yoluxanların sayı 800-ə yaxınlaşır 4 Aprel 2020, 11:45