Modern.az

Doğum gününü 4 ildən bir qeyd edən AZƏRBAYCANLILAR

Doğum gününü 4 ildən bir qeyd edən AZƏRBAYCANLILAR

Aktual

27 Fevral 2020, 19:03

Ədliyyə Nazirliyi Azərbaycanda 29 fevral tarixində doğulanlar barədə məlumat açıqlayıb.


Nazirlikdən Modern.az-a verilən məlumata görə, hazırda Azərbaycanda bu tarixdə doğulan 5 082 nəfər yaşayır:

"Onlardan 2 505 nəfəri kişi, 2 577 nəfəri isə qadındır.  18 yaşına çatmayan şəxslərin sayı 1 306 nəfərdir. Həmin şəxalərdən 669 kişi, 637 qadınlardır.

Ad günü 4 ildən bir qeyd edən14 yaşdan 29 yaşadək olanlar 1 111 nəfərdir:

"Onların da 569 kişi, 542 qadındır. Yaşı 29-dan yuxarı olan şəxslərin sayı isə 2 889 nəfərdir. Onların da 1388 kişi, 1 501-i qadındır".

 

Rəsmi məlumata görə, 4 ildən bir doğum gününü qeyd edənlərdən, ümumilikdə 2 074 nəfəri 40 yaşdan, 1199 nəfəri 50 yaşdan, 670 nəfəri 60 yaşdan, 104 nəfəri 70 yaşdan, 48 nəfəri 80 yaşdan yuxarı olanlardır.



Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu