Arxiv
27 Fevral 2020, 20:00 | AKTUAL
Şura SƏLİS-ə yeni xidmətlər əlavə edəcək - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “2019-cu ildəki fəaliyyətinin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirib.

Modern.az  xəbər verir ki, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun 2019-cu ildəki fəaliyyətinin bütün sahələrini əhatə edən geniş təqdimatla çıxış edib.

F. Qurbanov SƏLİS- Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin tətbiqinin və 26 qurumla birgə qrant müsabiqəsi keçirilməsinin 2019-cu ildə Şuranın fəaliyyətində ən mühüm hadisə olduğunu vurğulayıb.

İcraçı direktor Şuranın ən innovativ tətbiqlərindın olan e-vətəndaş xidməti çərçivəsində 2020-ci il qrant müsabiqələrinə təqdim olunan layihələrin qiymətləndirilməsində 15 minə yaxın vətəndaşın iştirak etdiyini və 40 mindən çox rəy verildiyini deyib.

F. Qurbanov 2019-cu ildə Şuranın maliyyələşdirdiyi və icrası başa çatmış bütün layihələr üzrə QHT-lərdən hesabatların qəbul edildiyini qeyd edib: “Şura 2019-cu ildə müxtəlif sahələr üzrə ictimai aktuallıq kəsb edən 568 QHT layihəsini maliyyələşdirib. Bu layihələrin icrasına 688 nəfər daimi, 1251 nəfər müvəqqəti işçi olmaqla, ümumilikdə 1939 nəfər cəlb olunub. 459 təlim və 1264 müxtəlif formatlı tədbir keçirilib. 38 adda kitab, 30 adda kitabça və 230 adda digər növ çap məhsulu nəşr olunub. 55 televiziya verilişi, 62 sosial çarx, 38 film hazırlanıb. 18 sayt yaradılıb”.

Fərasət Qurbanov Şuranın 2020-ci ildə bir sıra dövlət qurumları ilə birgə qrant müsabiqəsi elan etməyi planlaşdırdığını bildirib.

F. Qurbanov, həmçinin, 2020-ci ildə könüllülük fəaliyyətinin təbliğinə dair ayrıca qrant müsabiqəsi elan olunacağını da deyib.

O, bildirib ki, 26 dövlət və digər qurumlarla birgə keçirilən qrant müsabiqəsinin nəticələrini mart ayında açıqlanacaq.

Şura Katibliyinin məsləhətçisi Sima Cabbarova Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan olunduğunu xatırladaraq Şuranın bu istiqamətdə görəcəyi işlər barədə məlumat verib. S. Cabbarova Şuranın təşəbbüsü ilə “SƏLİS Könüllü” İctimai Birliyinin yaradıldığını bildirib.

O, “SƏLİS Könüllü” İctimai Birliyinə üzv olmaq istəyənləri innobank.az saytında qeydiyyatdan keçməyə dəvət edib. S. Cabbarova həmçinin, “İnnobank” ideya və elektron resurslar xidmətinə daxil olan Ekspert və kadr, Təlim, İdeya, Hesabat bankları haqqında da ətraflı məlumat verib.

Şura Katibliyinin elektron xidmətlər bölməsinin rəhbəri Nədimə Rəhimli 2020-ci ildə QHT-lərin istifadəsinə veriləcək yeni proqram təminatları barədə təqdimatla çıxış edib. N. Rəhimli həmçinin, elektron resurslarla bağlı qarşıda duran vəzifələr, cari ildə təkmilləşdiriləcək elektron xidmətlər, keçiriləcək təlim və digər tədbirlər barədə də məlumat verib.

Tədbirdə çıxış edən QHT sədrləri Ziba Nəbiyeva, Cavad Qasımov, Bəxtimşah Tağıyeva, Təhmasib Novruzov, Muğan Əliyev, Fəridə Hicran, Şaban Nəsirov, Mətanət Əsgərqızı və digər şəxslər Şuranın 2019-cu ildəki fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil nazirinin müşaviri teledərslərdən yazdı: "Azərbaycan  öz zəngin təcrübəsini bölüşə bilər" 7 Aprel 2020, 01:03 Türkiyədə yaşayan azərbaycanlı alim vəfat etdi 7 Aprel 2020, 00:52 İsraildə bayram müddətində karantin elan edildi 7 Aprel 2020, 00:46 Daha bir ölkədə koronavirus aşkarlandı - 4 nəfər yoluxdu 7 Aprel 2020, 00:34 Ağdaban faciəsindən 28 il ötür 7 Aprel 2020, 00:16 Komitə sədri əhaliyə müraciət etdi: Hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdır 7 Aprel 2020, 00:07 ARB-yə yeni direktor TƏYİN OLUNDU 6 Aprel 2020, 23:51 Koronavirusa yoluxan Baş nazir reanimasiyaya yerləşdirildi 6 Aprel 2020, 23:42 İstanbulda iki pandemiya xəstəxanası tikiləcək 6 Aprel 2020, 23:30 “Barselona”nın sabıq məşqçisi öldü 6 Aprel 2020, 23:16 Fransada koronavirusdan bir gündə 800 nəfər öldü 6 Aprel 2020, 22:58 Bakıda yolu keçən qadını avtomobil vurdu 6 Aprel 2020, 22:43 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 6 Aprel 2020, 22:30 Koronavirus: mif və reallıqlar 6 Aprel 2020, 22:19 Aprelin 8-dən 7 bank faisziz krediti verəcək 6 Aprel 2020, 22:06 ABŞ-da  COVID-19-dan 10 335 nəfər öldü 6 Aprel 2020, 21:43 Neftçalada ata və oğlunun suda batma səbəbi bilindi - YENİLƏNİB 6 Aprel 2020, 21:27 Türkiyədə koronavirus qurbanlarının sayı 649-a çatdı 6 Aprel 2020, 21:15 Rusiya Ümumdünya Səhiyyə Təşkilatına 1 milyon dollar ayırdı 6 Aprel 2020, 20:57 “Prezidentimizin siyasətində millətimizin sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür” - Musa Qasımlı 6 Aprel 2020, 20:44 Deputat Kamal Cəfərov CANLI YAYIMda sualları cavablandırır 6 Aprel 2020, 20:28 Nazirlik pandemiyadan zərər çəkən sahibkarlarla bağlı atılacaq addımları AÇIQLADI 6 Aprel 2020, 20:22 “Bu humanist addımdan əfv olunanlar nəticə çıxaracaqlar” - Deputat 6 Aprel 2020, 20:21 Dövlət Komitəsi əhaliyə pulsuz tibbi maskalar payladı - FOTO   6 Aprel 2020, 20:14 “Azərbaycanda un təchizatı ilə bağlı heç bir problem yoxdur!” - RƏSMİ 6 Aprel 2020, 19:57 Adil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”  6 Aprel 2020, 19:50 Ailələrə verilmiş uşaqların internat müəssisələrinə geri qayıdışı dayandırılıb - Ombudsman 6 Aprel 2020, 19:40 İnanaq ki, onlar bir daha həbsxanaya geri qayıtmayacaq - ÜÇ DEPUTAT 6 Aprel 2020, 19:31 Baş həkim: “Lerikdə koronavirusa yoluxan yoxdur” 6 Aprel 2020, 19:10 Ermənistanda 6 polis koronavirusa yoluxdu 6 Aprel 2020, 19:02 Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu 6 Aprel 2020, 18:57 “Bəzi işbazların bu hərəkətlərə yol verməməsinə çalışmalıyıq” - Sabir Hacıyev 6 Aprel 2020, 18:48 Operativ Qərargahdan xəbərdarlıq - Bəzi baş redaktorlar saxta vəsiqələr verir 6 Aprel 2020, 18:43 “Ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq” - Millət vəkili 6 Aprel 2020, 18:38 "Nar" abunəçilərə səyyar xidmət göstərməyə başladı 6 Aprel 2020, 18:32