Modern.az

TƏBİB rəsmisi: Belorusiyaya gedən Azərbaycan vətəndaşında koronavirus Bakıda aşkarlanmayıb

TƏBİB rəsmisi: Belorusiyaya gedən Azərbaycan vətəndaşında koronavirus Bakıda aşkarlanmayıb

Aktual

28 Fevral 2020, 18:36

Belorusiyaya gedən və koronavirusa yoluxan Azərbaycan vətəndaşında bu xəstəlik Bakıda aşkarlanmayıb.

 

Modern.az-ın məlumatın görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

 

Onun sözlərinə görə, həmin vətəndaş Bakı Hava Limanında olarkən hərarəti olmayıb:

 

"Bu elə bir xəstəlikdir ki, həmin vaxt hərarəti olmaya bilər. Yəqin ki, Belarusiyada hərarəti olub və virus aşkar edilib".

 

Y.Qarayeva deyib ki, Bakı Hava Limanında ən yüksək aparatlarla təchiz olunan tibb məntəqəsi var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı