Modern.az

ÜST Azərbaycanda koronavirusun aşkarlanması barədə məlumat YAYDI

ÜST Azərbaycanda koronavirusun aşkarlanması barədə məlumat YAYDI

Aktual

28 Fevral 2020, 18:54

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) ilk yoluxma halının qeydə alındığını təsdiq edir.

 

Modern.az- ın xəbərinə görə, bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda bildirilib.

 

“ÜST yeni koronavirus epidemiyasına qarşı cavab tədbirləri ilə bağlı yerli səhiyyə qurumları ilə sıx əməkdaşlıq edir. Yeni koronavirus epidemiyasına dair məlumatları ÜST-nin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki səhifələrindən, o cümlədən Azərbaycandakı rəsmi qurumlardan əldə etməyinizi və təşvişə qapılmamağınızı tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür