Modern.az

Azərbaycan Misirə başsağlığı verdi

Azərbaycan Misirə başsağlığı verdi

28 Fevral 2020, 19:43

Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev fevralın 28-də Misirin Bakıda səfirliyinə gedərək Misir Ərəb Respublikasının 4-cü prezidenti, görkəmli siyasət və dövlət xadimi Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar başsağlığı verib.

 

Bu barədə Modern.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətinə istinadən xəbər verir.

 

Ş.Mustafayevi Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim qarşılayıb. Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan ilə Misir arasında mövcud olan dostluq münasibətlərini qeyd edərək əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirib.

 

Görüşün sonunda Şahin Mustafayev Azərbaycan hökuməti adından başsağlığı verib və matəm kitabına ürək sözlərini yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı