Modern.az

Metropolitendə koronavirusla bağlı profilaktik dezinfeksiya işi - Foto

Metropolitendə koronavirusla bağlı profilaktik dezinfeksiya işi - Foto

Aktual

28 Fevral 2020, 23:45

Metropolitendə koronavirusla bağlı əks-epidemik profilaktik tədbirlər davam edir.

"Bakı Metrpoliteni"QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, bu gecə "Nərimanov" elektrik deposunda tədbirlər planına uyğun olaraq bütün qatarların dezinfeksiyasının birinci dövrəsi tam olaraq başa çatdırılır:

"Bu proses davamlı olaraq aparılacaq.

Profilaktik dezinfeksiya işi sabah saat 15:00-da deponun yeməkxanasında, bazar ertəsi stansiyalarda da yerinə yetiriləcək".

Onun sözlərinə görə, bununla belə, hər gün bir neçə dəfə təkrarlanmaqla stansiyaların əl təması olan bütün səthləri xüsusi, sağlamlıq üçün tam təhlükəsiz dezinfektantlarla davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir