Modern.az

Hindistanda sonsuz cütlük qalmayacaq - Parlament yeni qanun qəbul etdi

Hindistanda sonsuz cütlük qalmayacaq - Parlament yeni qanun qəbul etdi

6 Mart 2020, 16:55

Hindistanda sonsuzluqla bağlı problemin aradan qaldırılması üçün müvafiq qanuna dəyişiklik edilib.

 

Hindistanın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, Hindistan parlamenti, 1971-ci ildə “Hamiləliyin tibbi dayandırılması” qanununa dəyişiklik edilməsi üçün 2 mart  2020-ci il tarixində “Hamiləliyin tibbi dayandırılması müddəti adlı (Dəyişiklik)” qanununu təqdim edib.

 

Qanunun məqsədi qadınların terapevtik, gigiyenik, humanitar və ya sosial əsaslarla təhlükəsiz və qanuni abort xidmətlərinə çıxış imkanlarını genişləndirməkdir.Təklif olunan qanun layihəsi hamiləliyin təhlükəsiz dayandırılmasını təmin edəcək və qadınlara öz üzərində reproduktiv hüquqlar verəcək. Qanun, həmçinin xüsusi kateqoriyaya daxil olan qadınlar üçün hamiləliyin dayandırılması vaxtının 20 həftədən 24 həftəyə qədər uzadılmasını təmin edir. Qüvvədə olan hər hansı bir qanunla səlahiyyətli şəxs istisna olmaqla, hamiləliyi sona yetirilən bir qadının adı və digər məlumatları aşkarlana bilməz.

 

Qadınların reproduktiv hüquqlarını qorumaq üçün Nazirlər Kabineti fevral ayında 2020-ci ilin “Yardımçı reproduktiv texnologiya tənzimləmə” qanununu təsdiqləyib. Qanunun əsas faydası ondan ibarətdir ki, ölkədə yardımçı reproduktiv texnologiya xidmətlərini tənzimləyəcək. Belə ki, sonsuz cütlüklər ümidlərini itirməyəcəklər. Qanun layihəsi ilə Milli Şura, Dövlət Şuraları, Milli Qeydiyyat və Dövlət Qeydiyyat orqanları müvafiq reproduktiv texnologiya klinikalarını və köməkçi reproduktiv texnologiya banklarını tənzimləyəcək və onların işinə nəzarət edəcəklər.

 

In-Vitro Mayalanma (IVF) daxil olmaqla, Yardımçı Reproduktiv Texnologiya (ART), sonsuzluqdan əziyyət çəkən bir çox insanlara ümid verib, eyni zamanda, bir çox hüquq, etik və sosial mövzulara müraciət edib. Hindistan reproduktiv tibbi turizmin əhəmiyyətli bir fəaliyyətə çevrilməsi ilə qlobal məhsuldarlıq sənayesinin əsas  mərkəzlərindən birinə çevrilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir