Modern.az

Koronavirusun FƏSADLARI: 102 ölkə, 109 min xəstə, 3820 ölüm, 2,7 trilyon zərər...

Koronavirusun FƏSADLARI: 102 ölkə, 109 min xəstə, 3820 ölüm, 2,7 trilyon zərər...

Dünya

9 Mart 2020, 10:21

Koronavirus epidemiyası dünya iqtisadiyyatına ciddi zərər vurmaqda davam edir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, son məlumatala görə, virusa görə iqtisadi zərər 2,7 trilyon dolları keçə bilər.

Dünyada get-gedə daha çox ölkə fövqəladə vəziyyət elan edir. Belə ki, ABŞ-da Nyu-York, İtaliyada isə xəstəliyin mənbəyi olan Lombardiya vilayətindən giriş-çıxış bağlanıb.

 

Ümümdünya Səhiyyə Təşkilatı 102 ölkədə koronavirusun mövcudluğunu təsdiqləyib. Dünyada təsdiqlənmiş yoluxma halları 109 332, ölənlərin sayı 3 820, xəstəlikdən sağalanların sayı 61 869-a çatıb.

 

 

Çin koronavirusa görə ən ciddi iqtisadi zərər çəkmiş ölkə sayılır. Ölkəyə idxal 4%, ixrac isə 17,2% azalıb.

Nyu-York qubernatoru Endryu Kuomo koronavirusa görə fövqəladə vəziyyətin elan olunacağını deyib. Ştat ərazisində təsdiqlənmiş xəstə sayı 89-a çatıb.

Misirdə “Luxor Nile” kruiz gəmisində 45 nəfərin virusa yoluxması təsdiq olunub.

 

 

Bundan başqa, prezident Donald Tramp və vitse-prezident Maykl Pensin də qatıldığı konfransda iştirak edən şəxslərdən biri də koronavirusa yoluxub.

 

İtaliyada Pyemont bölgəsinin rəhbəri Alberto Çirio da koronavirusa yoluxmasını rəsmən təsdiqləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir