Modern.az

Azərbaycanın əməkdar artisti vəfat etdi

Azərbaycanın əməkdar artisti vəfat etdi

12 Mart 2020, 10:01

Əməkdar artist Adil Zeynalov vəfat edib.

 

Bu barədə Modern.az aktyorun oğlu Ağakərim Zeynallı məlumat verib. 

 

A. Zeynalov dünən gecə Bakıda Topçubaşov adına xəstəxanada mədəaltı vəzin iltihabından dünyasını dəyişib. O, Lənkəranda dəfn ediləcək.

 

Qeyd edək ki, A. Zeynalov 20 fevral 1960-cı ildə Lənkəranda doğulub. O, 1978-1983-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili Komediya Aktyorluğu fakultəsində təhsil alıb. Xalq artisti Yaşar Nurinin yetirməsi olub. Onun 40 ilə yaxın əmək fəaliyyəti əsasən Lənkəran Dövlət Dram Teatrı ilə bağlı olub. Bu teatrın səhnəsində Adil Zeynalov bir-birindən fərqli obrazları məharətlə canlandırıb və rejissor kimi müxtəlif tamaşalara quruluş verib. O, teatrda çalışmaqla yanaşı, “Qətl günü”, “Durnalar qayıtdı”, “40-cı qapı” kimi filmlərdə də rol alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?