Modern.az

Avropa azərbaycanlılarının koronavirus HƏYƏCANI: Koordinasiya Şuraları plan hazırlayır

Avropa azərbaycanlılarının koronavirus HƏYƏCANI: Koordinasiya Şuraları plan hazırlayır

13 Mart 2020, 16:17

Koronovirusa yoluxanların sayı dünya üzrə artmaqda davam edir. Qeyd edək ki, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 135 846-a çatıb. Bunların 70 427 nəfəri sağalıb, 4 990 nəfəri isə ölüb.

 

Azərbaycanlıların da virusun geniş yayıldığı ölkələrdə çoxluq halında məskunlaşdığını nəzərə alsaq, onların müraciət edə biləcəyi qurum ilk olaraq ağıla səfirlik və Diaspor Komitəsi gəlir.

Bəs maraqlıdır, hazırda xarici ölkələrdə yaşayan azərbaycanlılara diasporluq əlaqə saxlayırmı? Yaxud da azərbaycanlılar Diaspor Komitəsinə müraciət edir?

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Rəsul Məmmədov Diasporla İş üzrə Dövlət Komitəsinin azərbaycanlılarla daimi olaraq əlaqə saxladığını bildirib:

 

“Polşada ilk dəfə 9 gün öncə COVID-19 yeni koronavirusa yoluxma faktı qeydə alındı. Bu gün, yəni 9-cu günün sonunda 58 nəfərin virusa yoluxduğu, 1 nəfərin isə öldüyü təsdiqlənib. Statistika bizə göstərir ki, hal-hazırda Polşada virusun yayılma dinamikası olduqca yüksəkdir. Rəsmi açıqlamalara əsasən gənc nəsil üçün ölüm təhlükəsi azdır, amma qeyd edilir ki, əgər şəxsin sağlamlığında öncədən hər hansı bir problem varsa bu halda ölüm riski artır. Belə olduğu halda bizlər də sosial şəbəkələr vasitəsi ilə Polşada yaşayan həmvətənlərimizə özlərini necə qorumalarını və mümkün bir xəstəlik simptomunda xəstəxanalarla necə əlaqə saxlamalarının lazım olduğunu qeyd edirik. Virusun yayılmasının qarşısını almaq məqsədi ilə kütləvi tədbirlərimizi qeyri-müəyyən müddətə təxirə salmışıq, maksimum dərəcədə insanlarımızı bilgiləndiririk ki, insanların kütləvi toplandığı yerlərə getməsinlər. Bu xüsusda xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi bizimlə daimi maraqlanır, Komitə əməkdaşları mütəmadi olaraq bizimlə əlaqə saxlayır və mövcud vəziyyəti yerində öyrənir. Ümid edirəm ki, COVID-19 yeni koronavirusa qarşı peyvənd yaxın zamanda tapılacaq və bəşəriyyət bu problemin də öhdəsindən gələcək”.

 

 

Rəsul Məmmədov ehtiyac yaranacağı təqdirdə təxliyyə məsələsinin də reallaşacağını vurğulayıb:

“Hələki gündəmdə təxliyyə məsələsi yoxdur, amma əgər virusun yayılma arealı genişlənsə və kütləvi hal alarsa, o halda bu barədə işlər görəcəyik. İşimizi ehtiyyatlı tutmaq üçün təbii ki, Koordinasiya Şurası olaraq biz artıq müzakirələr aparıb, müvafiq plan cızmaq üçün çalışırıq. Polşada yaşayan həmvətənlərimiz saat 09:00-dan axşam 16:00-a qədər +48669739739 nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilər, təcili vəziyyətlərdə günün istənilən vaxtı zəng edə bilərlər. Bununla yanaşı e-mail və sosial şəbəkə vasitəsi ilə göndərilən ismarıclara da daimi cavab veririk. Polşada yaşayan bütün həmvətənlərimizi Səhiyyə Nazirliyinin açıqladığı qaydalara əməl etməyə və şəxsi gigiyena ilə yanaşı digər insanlarla məsafəli olmağa, insanların kütləvi toplaşdığı ərazilərə maksimum dərəcədə getməməyə, eyni zamanda qida və şəxsi istifadə üçün önəmli olan əşya və məmulatları öncədən almağı tövsiyyə edirik”.

 

 

Fransadakı mövcud durumla bağlı danışan Fransada Azərbaycanlıların Koordinasiya Şurasının üzvü Toğrul Zeynalov Diaspor Komitəsindən Fransada yaşayan azərbaycanlılarla əlaqə yaradılması üçün Kordinasiya Şurasına tapşırıq verildiyini bildirib:

“Diaspor Təşkilatı olaraq azərbaycanlı tələbələr və azərbaycanlı vətəndaşlarla mütəmadi olaraq əlaqə saxlayırıq. Yaşadığımız ölkənin qanuvericiliyinə uyğun olaraq lazımi tapşırıqlar verilir. Sosial şəbəkələrdə, WhatsApp qruplarında aktiv olaraq məlumatlar paylaşıb, xəstəlikdən qorunmaqla bağlı tövsiyələr veririk. Hələ ki, azərbaycanlılardan burada virusa yoluxan yoxdur. Vətəndaşların diasporla əlaqə saxlaması üçün kordinasiya şurasına müvafiq göstəriş verilib ki, burada yaşayan azərbaycanlılarla daimi əlaqə saxlanılsın”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır