Modern.az

Xalq artisti Rafael Dadaşov vəfat etdi

Xalq artisti Rafael Dadaşov vəfat etdi

16 Mart 2020, 15:46

Xalq artisti Rafael Dadaşov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə  Azərbaycan Dövlət Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat yayıb.

 

Onun sözlərinə görə, aktyor bu gün günorta saatlarında vəfat edib.

 

Qeyd edək ki, Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

 

R.Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışıb. Teatrın səhnəsində bir çox filmlərə çəkilib.

 

Aktyor 1987-ci ildə əməkdar artist, 16 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısı olub. Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.

 

R.Dadaşov aktyor Məlik Dadaşovun və Sofa Hüseynovanın oğludur. Aktyor Salman Dadaşovun qardaşı oğludur. İki qızı, bir oğlu (Səidə, Leyla və Ayxan) var.

 

Xatırladaq ki, R.Dadaşov bir müddət əvvəl ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva aktyorun müalicə xərclərini öz üzərinə götürmüşdü.

 

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir