Modern.az

Teledərslərin yayımı müvəqqəti dayandırılır

Teledərslərin yayımı müvəqqəti dayandırılır

Təhsil

18 Mart 2020, 15:34

Novruz bayramı ilə əlaqədar “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımı martın 20-dən 24-nə kimi müvəqqəti dayandırılır.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, martın 24-də həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən başlanılacaq.

 

Qeyd edək ki, martın 11-dən başlanılaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

 

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (//www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından ( //video.edu.az/)  izləmək imkanı əldə edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?