Modern.az

Fransada fövqəladə sanitar rejim elan ediləcək

Fransada fövqəladə sanitar rejim elan ediləcək

22 Mart 2020, 14:52

Fransa parlamenti yeni tip koronavirus (Covid-19) epidemiyası ilə əlaqədar ölkədə iki ay ərzində fövqəladə sanitar rejim elan edilməsi barədə qanun layihəsini qəbul edib.

 

Modern.az-ın “Parisien” qəzetinə istinadən verdiyi məlumata görə, birinci oxunuşda qəbul edilmiş qanun layihəsi hökumətə iki ay ərzində ictimai azadlığı, xüsusən sərbəst hərəkəti məhdudlaşdırmaq, həmçinin biznesə dəstək vermək və bələdiyyə seçkilərinin ikinci turunu təxirə salmaq hüququ da verir.

 

Bələdiyyə seçkilərinin konkret hansı müddətə təxirə salınacağı deputat və senatorların bu gün keçirilən toplantısında müəyyənləşəcək.

 

Qeyd edək ki, indiyə qədər Fransada 14 min 459 nəfər virusa yoluxub, onlardan 562 nəfər ölüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi