Modern.az

Qadağalara məhəl qoymayanlar rayonlarda da ciddi cəzalandırılacaq - OPERATİV QƏRARGAH  

Qadağalara məhəl qoymayanlar rayonlarda da ciddi cəzalandırılacaq - OPERATİV QƏRARGAH  

Ölkə

23 Mart 2020, 15:37

Koronavirus (COVID-19) infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyindən ciddi preventiv tədbirlər tətbiq olunmaqdadır. Bu məqsədlə bir çox ölkələr arasında sərhədlər müvəqqəti bağlanıb, aviauçuşlar dayandırılıb, insanların kütləvi toplaşdığı məkanlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib.

 

Azərbaycanda da koronavirusla mübarizə tədbirləri sürətlə davam etdirilir. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah virusla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək gücləndirilmiş tüdbirləri bütün ölkə ərazisində tətbiq edib. Artıq bütün təhsil müəssisələri, böyük ticarət obyektləri, “mall”lar bağlanıb, kafe, restoran, ictimai iaşə obyektləri üçün ciddi qaydalar tətbiq edilib, insanlar virusdan qorunma qaydaları barədə maarifləndirilib. Bütün bu tədbirlərin, qadağaların ən çox aktual olduğu məkanlar isə əhalinin sıx məskunlaşdığı iri şəhərlərdir.

 

Sosial şəbəkələrdə, o cümlədən ictimaiyyətdə yaranmış tendensiya bunu deməyə əsas verir ki, ölkənin sıxlıq daha az müşahidə olunan rayon və kəndlərində qadağalara laqeydlik özünü göstərir. İnsanlar düşünür ki, digər zaman-zaman dünyada yayılan digər epidemiyalar kimi koronavirus da Azərbaycanda geniş yayılmayacaq və bundan qorxmaq lazım deyil.

 

Modern.az bu barədə informasiyalara aydınlıq gətirmək üçün Nazirlər Kabineti yanında  Operativ Qərargahla əlaqə saxlayıb. Qərargahdan bildirilib ki, qaydalara laqeyd yanaşanlar cəzalandırılacaq:

 

“Koronavirusla mübarizə bütün ölkə ərazisində tətbiq edilir və mübarizə tədbirləri bütün əhaliyə aiddir. İnsanlar özünü qorumalı, virusa laqeyd yanaşmamalıdırlar. Qərargah tərəfindən müəyyən edilən qadağalara əməl etməyənlər isə mütləq cəzalandırılacaq. Bilirsiniz, bu barədə müvafiq cərimə və cəza tədbirləri də müəyyən edilib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü