Modern.az

İranda koronavirusa yoluxanların sayı daha da artdı

İranda koronavirusa yoluxanların sayı daha da artdı

26 Mart 2020, 14:14

İranda yeni koronavirus (COVID19) daşıyıcılarının sayı 29 406 nәfәrә çatıb.

 

Modern.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötәn 24 saat әrzindә İranda bu virusa 2 389 nəfәr yoluxub.

 

Cahanpur әlavә edib ki, ötәn sutkada 157 nәfәrin bu virus nәticәsindә ölmәsi öz tәsdiqini tapıb. Belәliklә, İranda koronavirusun yeni növünün yayılması nәticәsindә 2 234 nәfәr ölüb. Tәxminәn 2 746 nәfәrin vәziyyәti ağır qiymәtlәndirilir.

 

Nazirlik rәsmisi 10 457 nәfәrin müalicә olunaraq sağaldığını deyib.

 

Cahanpur bildirib ki, İranda 50,8 milyon nәfәr koronavirus testindәn keçib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı