Modern.az

“Bəzi vətəndaşlar postları piyada keçərək Bakıya gəlməyə çalışırlar” -  Nazir

“Bəzi vətəndaşlar postları piyada keçərək Bakıya gəlməyə çalışırlar” -  Nazir

Aktual

26 Mart 2020, 22:32

“Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonuna giriş-çıxış bağlansa da, bəzi vətəndaşlar postlara qədər maşınla, ondan sonra isə piyada keçərək Bakıya gəlməyə çalışırlar. Belə şəxslərdən 99 nəfər barəsində konkret tədbir görülüb”.

Modern.az  xəbər verir ki, bunu Daxili İşlər naziri Vilayət Eyvazov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib.

Nazir qeyd edib ki, ölkənin müxtəlif yerlərində postlar qoyulub: "Lakin buna baxmayaraq bəzi vətəndaşlarımız həm öz, həm də xidmət edən polis əməkdaşlarının həyatını riskə ataraq, tələb olunan karantin rejiminin qaydalarını pozurlar".


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir