Modern.az

Sumqayıtda 20 ictimai köməkçi cəlb ediləcək

Sumqayıtda 20 ictimai köməkçi cəlb ediləcək

Aktual

29 Mart 2020, 21:47

"Əziz Sumqayıt şəhər sakinləri! (1,2,3,4,5,6-cı mikrorayon, 14,15,16,17,29,30,34,36, 41,45,76-cı məhəllə, Qızılqum və Stansiya Sumqayıt qəsəbəsi)
Seçkiqabağı təşviqat kampaniyasında elan etdiyim kimi hər bir mikrorayondan, məhəllədən, qəsəbədən 1 nəfər olmaqla 20 İCTİMAİ KÖNÜLLÜ KÖMƏKÇİ cəlb etmək üçün müsabiqə elan edirik. Əsas məqsədimiz seçicilərimizlə daha çevik əlaqələrin qurulması və könüllük ilinə töhvə verməkdir".

 

Modern.az xəbər verir ki, bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Millət vəkili, Tahir Mirkişili bildirib.

Millət vəkili daha sonra bildirib:

Xahiş edirik könüllü olmaq, insanlara xidmət etmək, bizimlə bir yerdə işləmək istəyində və iqtidarında olmaq istəyənlər öz CV-lərini [email protected] e-mail ünvanına göndərsinlər. Əlaqə vasitəsi: 051 520 22 11

İctimai köməkçilərə əsas tələblər:
- Könüllü olmaq
- Göstərilən ərazidə yaşamaq
- Təşəbbüskar olmaq
- 20-45 yaş həddində olmaq
- Dövlət marağını hər şeydən üstün tutmaq
- iş statusunun fərqi yoxdur.

İctimai köməkçilərin əsas vəzifələri:
- Deputatın vəzifə və öhdəliklərini bilmək
- Etik davranış qaydalarına əməl etmək
- yaşadığı ərazinin insanları üçün əlçatan olmaq
- İnsanların istək,arzu və problemlərini qəbul edərək deputata çatdırmaq

İctimai köməkçilər üçün iş vaxtı normativləri yoxdur, bu könüllük formasında həyata keçirilir və əlavə fəaliyyətdir. Cəlb olunma müddəti 1 ildir. Seçim etmək hüququnu özümüzdə saxlayırıq.

Əminəm ki, biz səylərimizi birləşdirməklə daha çox iş görərək ölkəmizə daha çox xidmət edə bilərik!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...