Arxiv
30 mart 2020, 15:56 | ƏDƏBİYYAT
Divarın o üzündən gələn səs

Sabah – 31 mart soyqırımı günümüzdə ermənilər Qarabağda prezident, parlament seçir. Bilirsiniz bu nəyə bənzəyir?

 

Təsəvvür eləyin, sizin 5 otaqlı eviniz var. Babadan qalıb, ata əmanətidir. O evin ən məhrəm otağını düşmən zorla əlinizdən alıb. Arvad-uşağı qovub çıxaranda qorumağa gücünüz çatmayıb.

 

Üstündən 25 ildən çox zaman keçib. Siz düşməndən o otağı geri almaq üçün heç nə etməmisiniz, eləcə, arvad-uşağın yanında səsiniz çıxsın deyə, hərdən “Lazım gəlsə, qovaram səni ordan”, demisiniz. Əvəzində divarın o üzündən düşmənin təhdidlərini eşitmisiniz – “O biri otaq da bizimdir”, deyib.

 

Hələ bu harasıdır, kefi istəyəndə orda kef məclisləri də təşkil edir, dişin bağırsağını kəsir, qorxundan susursan. Evin kişisisən, o səslərin evində eşidilməsinə dözmürsən…

 

Dözmürsənmi?!

 

Biz şərqliyik. Başçılarımızı kişi gözündə görürük: fərq etməz evin başçısı ol, ya ölkənin.

 

31 mart soyqırımı günü ermənilərin Qarabağda prezident, parlament seçməsi öz evində düşmənin sənə bax o cür meydan oxuması, arvad-uşaq yanında səni təhqir etməsi kimidir!

 

Ölkəsinin beşdə birini işğal edən düşmənin həqarətinə dözməyə gərək ali baş komandan da, generalları da.

***

Qarabağlı kişilərdən Cərimə Ordusu yaradın!     Minlərlə könüllü yazılar, yaşlılarımız daha həvəslə qoşular bu orduya.     Sonra bizi Qarabağa yollayın. Düşmən qabağına ət kimi, cəmdək kimi atın. Stalin Moskvanı, Stalinqradı “insan ətiylə” xilas edən kimi. Bizi sipər eləyin! Minalı sahələrə buraxın bizi! Düşmənin atəş nöqtələrini leşimizlə örtün!     Vallah ciddi sözümdür! Bir qırıq da pafos qatqısı yoxdur sözümün!     Təkrar-təkrar ölmək əzabından xilas eləyin bizi…     …Qabaqda bizim Cərimə Ordumuz getsin, yol açaq, arxamızca neçə-neçə general-polkovnikin orduları gəlsin.     Soruşmayın, harda, necə aldılar bu rütbələri. Bildiyinizi niyə soruşasınız ki!     Bizdən sonra general-polkovnik Vilayət Eyvazovun polisləri gəlsə yaxşıdır. Birdən qorxub geri qaçanımız olar, qoymasınlar, döysünlər, güllələsinlər bizi.     Sonrakı sırada general-polkovnik Zakir Həsənovun qoşunları gəlsin. Kəndləri, şəhərləri azad eləsin!     Sonra general-polkovnik Kəmaləddin Heydərovun dəstələri gəlib fövqaladə işlərini görsünlər.     General-polkovnik Elçin Quliyevin sərhədçiləri sonda gələr. Ermənistanla sərhədlərimizdə durarlar.     “Uf” da deməsinlər ayaqları altında xırçıldayan sümüklərimizə…     Bayrağımız Cıdır düzündəki ən hündür yüksəkliyə sancalan gün o rütbələrin halallığı da verilər.     Ordumuz 100 il qabaq Şuşada elədiyi atəşfəşanlığı yenidən təkrarlasın. Səsi bərk çıxsın o atəşfəşanlığın.     O qədər bərk çıxsın ki, yan otaqdakı ”kef məclisi”nin – 31 mart seçkisinin səsini eşitməsin evdəkilər.     …Generallarımız eşitsinlər amma… ali baş komandanla birlikdə.   Vahid Qazi   30 mart 2020
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saat 6-dan sonra kafeyə gedənlər cərimələndi 30 May 2020, 09:44 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat YAYDI 30 May 2020, 09:40 Sumqayıtda dəhşətli qəza - iki nəfər öldü 30 May 2020, 09:34 “Yaradıcılıqla məşğul olmaq üçün universiteti atdım” – Rəvan Cavidlə “Şənbə söhbəti”   30 May 2020, 09:30 Bizim Coco Chanel - Müasir Azərbaycanın ən məşhur aktrisası üçün FOTOVALS 30 May 2020, 09:26 Bakıda polis əməliyyat keçirdi - saxlanılanlar var  30 May 2020, 09:20 Türkiyədə yaşayan vətəndaşlarımızdan xəbər var - Tələbələr çarter reys gözləyir 30 May 2020, 09:15 Bu ölkədə fövqəladə vəziyyət rejimi daha 6 ay uzadıldı 30 May 2020, 09:07 İrəvan şəhəri nə üçün ermənilərə verildi?.. - TARİX 30 May 2020, 09:00 2 milyard dollarlıq ZİYAFƏT - Hakimiyyəti məhv edən MƏRASİM? - FOTOLAR 30 May 2020, 08:42 Bakıda taxta bazarında yanğın... 30 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü 30 May 2020, 02:46 Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42