Arxiv
30 mart 2020, 16:53 | AKTUAL
Sumqayıtda xüsusi karantin rejiminin gücləndirilməsinə Daxili Qoşunlar cəlb edildi - FOTO

Sumqayıtda xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə Daxili Qoşunların qüvvələri cəlb edilib.

 

Modern.az-ın məlumatına görə, bu gündən Bakı ilə yanaşı Sumqayıt şəhərində də xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları polis əməkdaşları ilə birgə xidmətə cəlb ediliblər. Bu tədbirlər koronavirus infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma tədbirlərini tam və hərtərəfli yerinə yetirmək, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədi daşıyır.

 

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə 29 mart saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib. Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

 

Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.

 

Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılıb, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.

 

Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılıb və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.

 

Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabahın hava proqnozu AÇIQLANDI 5 İyun 2020, 12:53 Deputat parlamentdə su problemini qaldırdı: “Taxıl zəmisi susuzluqdan yandı” 5 İyun 2020, 12:52 Müəllimlərin sertifikatlaşdırılmasının vaxtı ELAN OLUNDU 5 İyun 2020, 12:46 Bu şəhərlərdə yeni inzibati binalar istifadəyə verildi - Foto 5 İyun 2020, 12:42 Təhsil Nazirliyi tədris ilinin sonunu qarışdıranlara aydınlıq gətirdi 5 İyun 2020, 12:40 Gəncədə abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR 5 İyun 2020, 12:37 Rusiyada koronaviruslu xəstələrin sayı 450 minə ÇATDI 5 İyun 2020, 12:34 DİM-dən buraxılış imtahanının iştirakçılarına MÜRACİƏT 5 İyun 2020, 12:32 Polis maskadan istifadə etməyənlərlə bağlı reydləri gücləndirdi - FOTOLAR 5 İyun 2020, 12:29 Ermənistanda COVİD-19-a yoluxanların və ölənlərin sayı ARTIR 5 İyun 2020, 12:26 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 5 İyun 2020, 12:23 Aybəniz Haşımova qızıl yel xəstəliyinə yoluxdu 5 İyun 2020, 12:19 Nazir  icra başçısı həbs edilən rayonun polis rəisini İŞDƏN ÇIXARDI 5 İyun 2020, 12:15 “Azərişıq” həftəsonu gücləndirilmiş rejimdə işləyəcək 5 İyun 2020, 12:12 Poçt şöbələrinin fəaliyyəti dayandırılır 5 İyun 2020, 12:10 Azərbaycan mahnısının oğurlanması ilə bağlı iddia qaldırıldı 5 İyun 2020, 12:07 İcaze.e-gov.az yenidən aktivləşdi 5 İyun 2020, 12:05 Kadr hazırlığı Qarabağ məsələsi qədər ümummilli əhəmiyyət daşıyır - Zahid Oruc 5 İyun 2020, 12:01 Tələbə qız evlənmək istəmədiyi üçün intihar etdi 5 İyun 2020, 12:00 Rayonlarda örüş yerləri üstündə ciddi qarşıdurma var - Vahid Əhmədov 5 İyun 2020, 11:56 XİN: “Qayıtmaq istəyən vətəndaşlarımızın çoxu Rusiya və Türkiyədədir” 5 İyun 2020, 11:53 Deputatlar Latviyanın Azərbaycandakı səfirilə görüşüblər - FOTO 5 İyun 2020, 11:50 “Əliqismət Lalayev maaşımı vermir” - Çingiz Əhmədov 5 İyun 2020, 11:47 “4 iyun qiyamının nəticəsi çox acınacaqlı olub” – Əli Hüseynli 5 İyun 2020, 11:45 Komitə sədri: “Kölgə iqtisadiyyatı ilə aparılan mübarizə...” 5 İyun 2020, 11:43 TƏBİB-dən marketlərlə bağlı MÜRACİƏT   5 İyun 2020, 11:41 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təsdiqləndi - SİYAHI 5 İyun 2020, 11:39 Novruz Aslanov seçiciləri qəbul edib - FOTO   5 İyun 2020, 11:37 “Sürət Hüseynov dar ağacı qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri ordan assın” 5 İyun 2020, 11:34 Rusiyada azərbaycanlı körpə həkim səhlənkarlığının qurbanı oldu 5 İyun 2020, 11:32 Özbəkistandakı azərbaycanlılara maddi dəstək göstərilib 5 İyun 2020, 11:28 Aqil Abbasdan Tarix İnstitutuna Şuşa İTTİHAMI 5 İyun 2020, 11:23 Prezident yol tikintisinə 3,1 milyon ayırdı   5 İyun 2020, 11:18 Azərbaycan nefti yenidən ucuzlaşdı 5 İyun 2020, 11:13 “Prezidentin maskadan istifadə etməsi, hər kəs üçün nümunə olmalıdır” - Spiker 5 İyun 2020, 11:10